Icma.az
close
up
RU
Ekspertdən valideynlərə XƏBƏRDARLIQ

Ekspertdən valideynlərə XƏBƏRDARLIQ

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Şəhər həyatı, iş qrafikinin sıxlığı, reklamların şüuraltına təsiri, bəzən də tənbəllikdən qaynaqlanaraq bir çox insanlar fast-food restoranlarına üz tutur. Özləri ilə yanaşı, əksəriyyətlə azyaşlı uşaqlarını da bu restoranlara aparır. Bir çox hallarda valideynlər bəzən uşağı sevindirmək, bəzən rahatlıq, bəzən də vaxt qıtlığı səbəbindən belə qidalara müraciət edirlər. Amma nəzərə almalıyıq ki, 3–4 yaş dövründə uşaqların qidalanma vərdişləri çox sürətlə formalaşır və onlar nəyi tez-tez görürlərsə, gələcəkdə də ona meylli olurlar. Buna görə fast-food-u adi və normal qida kimi təqdim etmək düzgün deyil”.
Bunu Demokrat.az-a açıqlamasında qida eksperti Asim Vəli deyib. O bildirib ki, fast-food-un əsas problemi tərkibində çox duz, şəkər və sağlam olmayan yağların olmasıdır:
“Bu qidalar yüksək kalorili olduğu halda, vitamin-mineral baxımından çox kasaddır. Bəzən də fast-food-da istifadə olunan ətlərin mənşəyi bəlli olmur. Bu qidalar uşaqları doyursa da, orqanizminə lazım olan qidalandırıcı maddələri vermir. Nəticədə uşaq doyur, amma həqiqi qida almır. Kiçik yaşda bu cür qidalanma artıq çəkiyə, piylənməyə, gələcəkdə şəkərli diabet və ürək-damar problemlərinə zəmin yarada bilər. Bu təhlükə böyük yaşlarda da mövcuddur, amma azyaşlı uşaqlarda çox daha sürətlə təsir göstərir”.
Ekspert bildirib ki, digər tərəfdən, fast-food uşaqlarda dad vərdişlərini dəyişdirir:
“Məsələn, həmişə çox duzlu və çox ədviyyatlı yeməklərə alışan uşaq daha təbii ev yeməklərinin dadını bəyənmir və onları yeməkdən imtina edir. Bu isə uzun müddətdə qida seçiciliyi, iştahsızlıq və balanssız qidalanmaya gətirə bilər. Üstəlik, fast-food qidalara qatılan natrium qlutamat adlı qatqı maddəsi uşaqlarda bağımlılıq yaradır. Şirin qazlı içkilər də ciddi təhlükə yaradır. Həm dişlərin tez xarab olmasına səbəb olur, həm də şəkər qəbulunu kəskin artırır.
Bütün bunların psixoloji tərəfi də var. Uşaq fast-food-u mükafat kimi qəbul etməyə başlayır: Valideynimə yaxşı davranım, məni fast-food-a aparsın. Bu hal gələcəkdə emosional yemə vərdişinə, yəni stres, sıxıntı və ya sevincli olduğu zaman sürətli, sağlam olmayan qidalara yönəlməsinə səbəb ola bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri