Icma.az
close
up
RU
Avtomobil nəhəngi silah istehsal edəcək Savaş hazırlığı kimi

Avtomobil nəhəngi silah istehsal edəcək Savaş hazırlığı kimi

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Alman avtomobil nəhəngi "Volkswagen" müdafiə sənayesi istiqamətində mühüm addım atmağa hazırlaşır.

News24.az xəbər verir ki, şirkət Almaniya hökuməti ilə yeni müqavilə çərçivəsində hərbi texnika istehsalına başlayacaq.

"Volkswagen"in bu addımı Avropanın təhlükəsizlik siyasətindəki dəyişikliyə və Almaniyanın müdafiə xərclərini artırmasına paralel olaraq görülür. Müqaviləyə əsasən, şirkətin hərbi maşınlar və logistika dəstək sistemləri istehsal edəcəyi gözlənilir.

Əvvəllər avtomobil sektorunda fəaliyyət göstərən "Volkswagen", "Traton Group" və MAN kimi törəmə şirkətləri vasitəsilə dolayı yolla müdafiə sektorunda iştirak edirdi. Yeni strategiya ilə şirkətin hərbi sahədə daha aktiv rol alması planlaşdırılır.

Almaniyanın müdafiə sənayesini gücləndirmək məqsədlərinə uyğun atılan bu addım "Volkswagen"in istehsal gücünü genişləndirərək sektorda yeni səhifə açmasına şərait yarada bilər. Şirkətin bu yeni təşəbbüsü ilə bağlı rəsmi təfərrüatların yaxın günlərdə açıqlanması gözlənilir.

"Bu addım şirkətimizin geniş istehsal potensialını şaxələndirmək və cəmiyyətə xidmət etmək üçün mühüm fürsətdir. Bizim müdafiə sektoruna verdiyimiz töhfə təkcə işçi qüvvəsi və texnologiya baxımından deyil, həm də Almaniyanın təhlükəsizliyi baxımından mühüm rol oynayacaq", - "Volkswagen"in baş direktoru deyib. 

Bu yeni təşəbbüs avtomobil nəhənginin milli təhlükəsizlik sahəsində məsuliyyətini artıracaq və eyni zamanda şirkətin davamlı inkişaf hədəflərinə əhəmiyyətli təkan verəcək.

Bildirilir ki, bu yeni razılaşma ilə Almaniya hökuməti müdafiə sənayesini dəstəkləmək üçün strateji addımlar atır və yerli istehsalı təşviq etməyi hədəfləyir. "Volkswagen"in hərbi istehsal fəaliyyətləri istiqamətində atdığı yeni addımın təkcə Almaniyada deyil, Avropada da böyük təsir göstərəcəyi gözlənilir.

Almaniyada avtomobil ixracının Covid-19 pandemiyasından əvvəl pik nöqtəsindən iki dəfə azaldığını nəzərə alsaq, hərbi ekspertlərin təhlillərinə görə avtomobil zavodları tutumdan istifadə edə bilər. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, 2019-cu ildən bəri Avropa İttifaqında satılan yeni avtomobillərin sayı 15,1 milyondan 10,6 milyona düşüb.

Almaniyanın illik avtomobil ixracı da iki dəfə azalaraq 1,2 milyona düşüb. Çin hazırda dünyanın ən böyük avtomobil ixracatçısıdır.

Artan tələbata cavab olaraq, "Rheinmetall" və "KNDS Group" kimi bir çox böyük istehsalçılar avtomobil hissələri fabriklərini hərbi texnika istehsalı müəssisələrinə çevirməyə başlayıb.

Məryəm İlhamqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Mart 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri