Icma.az
close
up
RU
Çin Gəncədə avtomobil istehsal edəcək

Çin Gəncədə avtomobil istehsal edəcək

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“CLW Chengli Group” və “SAGMOTO” ilə sazişlər imzalanıb

Çin şirkətləri Azərbaycanın sənaye şəhəri olan Gəncədə avtomobil istehsalı sahəsi yaratmaq niyyətindədir. Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri zamanı bu məsələ müzakirə olunub. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə Çinin 2 şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənədləri Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının Sədri Xanlar Fətiyev ilə “CLW Chengli Group” şirkətinin baş meneceri Don Şunquo və “SAGMOTO”nun baş direktorunun müavini He Vencun imzalayıb.

“CLW Chengli Group” şirkəti ilə imzalanan əməkdaşlıq sazişinə əsasən, tərəflər Azərbaycanda ticari və yük avtomobillərinin istehsalına (yığılmasına) başlamaq barədə razılığa gəliblər. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Çin şirkətinin Azərbaycanda elektrik şassilərinin satışı və satış sonrası xidməti, ehtiyat hissələri, sürtkü yağları və aksesuarların satışı, həmçinin təmir xidmətləri üçün eksklüziv distribitoru təyin edilib. İstehsal olunacaq nəqliyyat vasitələri ilkin mərhələdə daxili bazar üçün nəzərdə tutulsa da, gələcəkdə ixracının həyata keçirilməsi də planlaşdırlır.

“Shaanxi Automobile Group Commercial Vehicle Co Ltd” (SAGMOTO) ilə imzalanan əməkdaşlıq sazişi də tərəflərin Azərbaycanda ticari avtomobillərin yığımını nəzərdə tutur. Bundan başqa, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi “SAGMOTO”nun elektrik və dizel Şassilərinin satışı və satış sonrası xidməti, ehtiyat hissələrinin, sürtkü yağlarının və aksesuarların satışı, təmir xidmətləri üçün eksklüziv distribitoru hüququnu əldə edib.

Azərbaycanın avtomobil sənayesinin mərkəzi

Qədim İpək yolunun üzərində yerləşən Gəncə tarixi mövqeyini qoruyaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm mərkəzlərindən birinə çevrilib. Bu isə Azərbaycanın 2-ci böyük şəhərinin həm daxili bazar, həm də ixracyönümlü istehsal üçün böyük potensiala malik olduğunu göstərir. Şəhərin sənaye simalarından biri olan Gəncə Avtomobil Zavodu bölgənin nəhəng müəssislərindən biridir. Hazırda 500-ə yaxın işçinin çalışdığı müəssisə yük və minik avtomobilləri, avtobuslar, traktorlar, xüsusi nəqliyyat vasitələrinin istehsalı üçün müasir yığım xətləri ilə təchiz olunmuş böyük sənaye kompleksi xarici şirkətlərlə birgə layihələrin icrasına xüsusi yer verməkdədir.

2004-cü ilin dekabrından fəaliyyətini bərpa edən Gəncə Avtomobil Zavodu Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən azlitrajlı avtomobillərin istehsalı üzrə zavodla bağlanan müqaviləyə əsasən “VAZ-11113”-”OKA” markalı avtomobillərin yığımı ilə istehsal sahələrini genişləndirib. Rusiyanın “UAZ” avtomobillərinin 10 modelinin yığımına başlayan zavod hazırda Rusiyanın “Kamaz” şirkəti ilə birgə “Kamaz” markalı yük və sənaye maşınları üzrə geniş kompeks qurub. Həmin maşınlar yol təmiri işləri zamanı və ya infrastruktur obyektlərinin tikintisi zamanı toplu və ya iri-kiçik hissəli yüklərin daşınması üçün istifadə olunur. Yeri gəlmişkən, azad ərazilərdə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İB-in birgə müəssisəsi olan servis mərkəzinin təməli qoyulub və istehsal xətti qurulmaqdadır.

Zavodun istehsalı olan “Ural” və “Maz” yük maşınları sənayedə, azad ərazilərdə əsas nəqliyyat vasitələrindən biridir. Belarusla əməkdaşlıq çərçivəsində bu ölkənin tanınmış sənaye nəhəngləri zavodda öz istehsal planlarını gerçəkləşdirib və bir neçə ildir ki, “MAZ” avtomobillərinin yığımı təşkil olunub. İkitərəfli əməkdaşlıq çərçivəsində “MAZ” avtomobillərinin və traktorların yığımı daha da genişlənib və müəssisədə “Belarus” traktorlarının 10-a yaxın modeli yığılır. Belarusun “Dorelektromaş” və “Smorqon aqreqat zavodu” ilə razılığa əsasən, ekskovator, asfaltkəsən və qartəmizləyən maşınalr da yığılmaqdadır. Belarusun “Haller” şirkəti ilə müqavilə əsasında “MAZ” avtomobillərinin bazasında kommunal texnikaların yığılmasına başlanılıb və həmin avtomobillər məişət tullantılarının yığılması üçün istifadə edilməkdədir. Kommunal texnikaların Azərbaycanla yanaşı Türkiyə və Gürcüstanda satışı planlaşdırılır. Habelə, Belarusun “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu ilə əməkdaşlıq müqaviləsi üzrə müəssisədə “MTZ 422” və “MTZ 622” markalı mini traktorları istehsal edilir.

Finlandiya və İtaliya investorları Gəncədə

2016-cı ilin may ayından etibarən Gəncə Avtomobil Zavodu ilk avtobusların yığılmasını həyata keçirməyə başlayıb. Eləcə də Azərbaycanda ilk dəfə olaraq konveyerdən “PALESSE KZS-575” markalı taxılyığan kombayn və “E-321” markalı elektrobus istehsal edilir. 2019-cu ilin iyul ayından zavod Finlandiyanın məşhur “Sampo” firması ilə əməkdaşlıq memorandumu çərçivəsində kənd təsərrüfatı texnikalarının yığımına başlayıb. İtaliyanın “SDF” qrupu ilə uzunmüddətli strateji əməkdaşlıq müqaviləsi üzrə müəssisədə “Deutz-Fahr 4100 W” və “Agrofarm” modellərinin yığımına başlanılıb.

Zavodun istehsal sahələrindən biri “Azmaş Lizinq” MMC-dir. 2019-cu ildən fəaliyyət göstərən MMC kənd təsərrüfatı təyinatlı texnikaların və avadanlıqların lizinq yolu ilə satışını təşkil edir həmçinin qısa bir müddət ərzində texnikaların lizinq yolu ilə satışında ölkə bazarında böyük bir payın sahibidir. Kənd təsərrüfatı ilə məşğul olan bütün vətəndaşlarımızın dövlətin ayırdığı 40 faiz subsidiyadan faydalanması üçün şirkətimiz gərəkli bütün prosedurların həyata keçirilməsində köməklik göstərir. Məqsədimiz, kənd təsərrüfatının inkişafına dəstək olmaq və bu sahədə fəaliyyət göstərən şəxslərə maksimum keyfiyyətli xidmət göstərməkdir.

“BYD” Sumqayıtda elektrikli avtobusların istehsalına başlayır

Qeyd edək ki, Gəncə Avtomobil Zavodu ilə Çin şirkətləri arasında əməkdaşlıq 2007-ci ildən qurulub. Çinin “Çanqan” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, müəssisədə 7 modeldə ortatonnajlı yük maşınlarının yığımına başlanılıb və ötən illər ərzində 70-dən çox “Çanqan” markalı avtomobil yığılaraq istifadəyə verilib. Çinin aparıcı maşınqayırma şirkətləri Gəncə ilə yanaşı, Bakı və Sumqayıtda da, regional istehsal sahələri qurmağa başlayıb. Hazırda “BYD” şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı layihəsi inkişaf etdirilir. Çin-Azərbaycan ortaq müəssisəsi olan “Azerbaijan Energy Automotive Factory” ötən il sentyabrın sonunda fəaliyyətə başlayaraq Sumqayıt Sənaye Parkında 300 avtobusun istehsalına start verib. Çinin “Yutong” şirkətinin Azərbaycanda elektriklə çalışan avtobus istehsalı da sənaye planları sırasında yer alır.

Çin şirkətləri ilə əməkdaşlıq təkcə Gəncə Avtomobil Zavodunun istehsal komplekslərinin inkişafı və istehsal çeşidlərinin artmasına fayda verməyəcək, eyni zamanda, ölkəmizdə avtomil sənayesinin inkişafında yeni mərhələ açacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Aprel 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri