Icma.az
close
up
RU
Avtomobil qiymətləri rekord həddə çatdı “Mitsubishi”, “BMW X6” və X7, “Skoda ...

Avtomobil qiymətləri rekord həddə çatdı “Mitsubishi”, “BMW X6” və X7, “Skoda ...

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin oktyabr ayının yekunlarına əsasən, Rusiyada yeni minik avtomobillərinin orta çəkili qiyməti 3,43 milyon rubl təşkil edib. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, bunu “Avtostat” ekspertləri hesablayıblar. Bu, müşahidələrin bütün tarixi ərzində ən yüksək göstəricidir. İstifadə olunmuş avtomobillərin qiymətləri də maksimuma çatıb — 1,23 milyon rubl. Sentyabrla müqayisədə yeni avtomobillərin qiyməti 2,2% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8% yüksəlib. Ümumilikdə göstərici 2024-cü ilin avqustundan bəri, artıq 15 aydır ki, 3 milyon rubl səviyyəsindən yuxarı qalır. Distribyutorlar və dilerlər avtomobillərin qiymətlərini, utilizasiya haqqı və ƏDV-nin yaxın zamanda artırılacağı fonunda qaldırırlar. Bu barədə avtomobil sənayesi şirkətlərinə xidmət üzrə direktoru Aleksandr Vasilyev izah edib. Onun sözlərinə görə, bazarda gələcəkdə qiymət artımı gözləntiləri ilə bağlı ajiotaj müşahidə olunur.

“Avtostat”ın məlumatına əsasən, oktyabr ayında yeni minik avtomobillərinin satışı sentyabrla müqayisədə 35% artıb və son bir ilin rekorduna çevrilib. Artan tələbat bəzi markalarda defisit yaradıb. Məsələn, “JETOUR” brendinin bütün modellərində, həmçinin “GEELY” və “Chery”nin bəzi modellərində çatışmazlıq müşahidə olunur.

“Rolf” şirkətinin yeni avtomobil satış departamentinin direktoru Nikolay İvanov bildirib ki, “Mitsubishi”, “BMW X6” və X7, “Skoda Kodiaq” kimi markalarda da çatışmazlıq var. O, qiymət artımını endirim kampaniyalarının dayandırılması və kredit subsidiyalarının azaldılması ilə əlaqələndirib.

“Avilon” şirkətlər qrupunun pərakəndə satış direktoru İlya Petrovun sözlərinə görə, avtomobil qiymətləri ilin sonuna qədər artmaqda davam edəcək. Onun qiymətləndirməsinə əsasən, artım kəskin olmayacaq — təxminən 3–4% səviyyəsində qalacaq.

Qeyd edək ki, bu ilin 1 dekabrından etibarən Rusiyada mühərrik gücü 160 at gücündən çox olan avtomobillərin utilizasiya haqqı yeni tariflə hesablanacaq. Bu, avtomobilin qiymətinə əlavə olaraq bir neçə yüz min rubldan milyon rubla qədər, bəzən isə daha çox əlavə xərc gətirəcək. Bundan başqa, Maliyyə Nazirliyi 2026-cı ildə ƏDV-ni hazırkı 20%-dən 22%-ə qaldırmağı planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Noyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri