Avtomobil sığortası ilə bağlı ən çox bu şirkətlərdən şikayət olunur Siyahı
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən sığorta şirkətlərinin adları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, ən çox şikayət olunan şirkətlərin siyahısını Mərkəzi Bank açıqlayıb.
Bankdan verilən məlumatda bildirilir ki, ötən ilin fevral ayından bu ilin fevral ayına kimi olan dövr ərzində avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən sığorta şirkəti “Paşa Sığorta” ASC olub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bank müştərilərin şikayətləri əsasında şikayət indeksi tərtib edib. Ən yüksək şikayət indeksi də “Paşa Sığorta” ASC-yə verilib.
Barəsində ən çox şikayət edilən şirkətlərin sıralaması aşağıdakı kimi olub:

Onu da bildirək ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınıb.
Elnur Əli

Müştərilərin ən çox şikayət etdiyi banklar... Siyahı
12 Dekabr 2024 16:11
Müştərilər ən çox bu banklardan şikayət edirlər Siyahı
15 Noyabr 2024 16:35
Müştərilər ən çox bu banklardan şikayət edirlər Tam siyahı
11 Dekabr 2024 19:00
Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb Siyahı
19 Dekabr 2024 16:01
Avtoicbari sığorta üzrə ən çox şikayət edilən şirkətlər Siyahı
11 Dekabr 2024 13:02
