Avtomobil yağları kəskin bahalaşdı SƏBƏB
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hörmüz boğazında artan gərginlik avtomobil yağları bazarına da təsir göstərməyə başlayıb. Xüsusilə Avropadan idxal olunan bəzi yağ markalarında qiymət artımı müşahidə edilir.
Milli.Az xəbər verir ki, bazar satıcıları bildirirlər ki, əvvəllər 100 manata satılan bəzi məhsullar hazırda 120-125 manat civarında təklif olunur. Bu bahalaşma hələ bütün məhsullara şamil olunmasa da, müəyyən markalar üzrə artıq hiss olunur.
Ümumilikdə bazarın bütün seqmentlərində eyni vəziyyət hökm sürmür. Bəzi satış məntəqələri və servis mərkəzlərində qiymətlər dəyişməz qalıb ki, bu da əvvəlcədən daha ucuz qiymətə alınmış ehtiyatlarla bağlıdır. Lakin həmin stoklar azaldıqca yaxın zamanda qiymət artımının daha geniş yayılacağı gözlənilir.
Mütəxəssislər qeyd edirlər ki, hazırda bahalaşma əsasən Avropa mənşəli məhsullarda hiss olunur, digər bazar istiqamətlərində isə vəziyyət nisbətən sabit qalır.
Əgər Hörmüz boğazında gərginlik davam edərsə, ilk təsir yeni idxal olunan məhsullarda özünü göstərəcək. Bu isə əvvəlcə müəyyən qıtlıq, daha sonra isə bazarda daha geniş miqyaslı qiymət artımı ilə nəticələnə bilər.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Aprel 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















