Icma.az
close
up
RU
Bitki yağları kəskin bahalaşdı QİYMƏT

Bitki yağları kəskin bahalaşdı QİYMƏT

Icma.az, Bakupost saytına istinadən bildirir.


Azərbaycanda qida səbətinə ən çox daxil olan məhsullardan biri də bitki yağlarıdır ki, qiymətinin artması vətəndaşları narahat etməyə bilməz. Nəzərə alsaq ki, ölkəmiz bitki yağına olan tələbatını əsasən idxal hesabına ödəyir, dünya bazarındakı qiymət dəyişiklikləri daxili bazara birbaşa təsir göstərir.

Qeyd edək ki, dünya bazarında bitki yağının qiymətləri 2022-ci ildən bu yana ən yüksək səviyyəyə yüksəlib. Bitki yağının orta qiyməti 1,3% artaraq ton üçün 1505 dollar təşkil edib.

Hazırda Azərbaycanda bitki yağlarının qiymətində artım varmı?

Ötən illə müqayisədə Azərbaycanda əsasən günəbaxan yağında 1 litrinin orta qiyməti 4,53 manatdan 4,96 manata yüksəlib. Qarğıdalı yağında orta qiymət 6,02 manatdan 6,46 manata qalxıb. Zeytun yağı – 1 litrinin orta qiyməti 17,71 manatdan 18,12 manata yüksəlib.

Bakupost.az xəbər verir ki, itisadçı-ekspert Elçin Əsədullayev Bizim.Media-ya ümumiyyətlə bitki yağları dünyanın hər yerində bahalaşmaya ən tez məruz qalan məhsullardandır deyib.

“Müşahidələr göstərir ki, hətta digər ərzaq məhsullarının qiymətində cüzi artım olanda həm kərə, həm bitki yağlarında qiymətdə daha çox yüksəlmə olur. Bunun da əsas səbəbi odur ki, bu məhsullar üzrə yerli istehsal azdır, ölkədə istehsal kimi görünən məhsulun bir hissəsi əslində idxal edilmiş xammalın emalından, yaxud qablaşdırılmasından ibarətdir. Bitki yağına olan tələbat daha çox idxaldan asılıdır, ona görə də yağ idxal etdiyimiz ölkələrdə qiymət artımları belə vəziyyətə gətirib çıxarır”.

Qeyd edək ki, Azərbaycana növündən asılı olaraq bir neçə tədarükçü ölkədən bitki yağı gətirilir. Günəbaxan yağı üzrə idxal əsasən Rusiyadandır. Soya yağı üzrə isə əsas tədarükçü Argentinadır. 2025-ci ildə Azərbaycana idxal olunan 169 min ton soya yağının təxminən 128,5 min tonu Argentinadan gəlib.

Türkiyədən Azərbaycana günəbaxan, qarğıdalı və zeytun yağları idxal olunur. 2025-ci ildə bu məhsullar üzrə idxalın dəyəri təxminən 2,25 milyon ABŞ dolları olub. Türkiyənin payı daha çox qablaşdırılmış və markalı istehlak yağlarındadır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 İyun 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri