Icma.az
close
up
RU
Avtomobil Yolları Dövlət Agentliyindən kompensasiya tələbi: “18 ildir ki, bu problemə görə çətin vəziyyətə düşmüşəm”

Avtomobil Yolları Dövlət Agentliyindən kompensasiya tələbi: “18 ildir ki, bu problemə görə çətin vəziyyətə düşmüşəm”

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Metronun “Koroğlu” stansiyasının ətrafında körpünün salınması, yolların genişləndirilməsindən təxminən 15 ildən çox vaxt keçsə də, bu məqsədlə əmlakı sökülən vətəndaşlar arasında hələ də kompensasiyasını ala bilməyənlər var.

Bizimyol.info xəbər verir ki, Nizami rayonu, Qara Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasında yerləşən, hər mərtəbəsi 300 kvadrat metr olmaqla, ümumilikdə 600 kvadrat metrlik ikimərtəbəli obyektin sahibi də bu problemlə əlaqədar məhkəməyə müraciət edib. Mülkiyyətçi məhkəmədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) qarşı iddia qaldırıb. Onun sözlərinə görə, obyektin bütün sənədləri qaydasında olub. Kompensasiya ödənişi üçün məhkəmədən əvvəl AAYDA-ya ərizə göndərib, lakin oradan imtina cavabı gəlib. Cavabda göstərilib ki, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş “Koroğlu metrostansiyası ətrafında müxtəlif səviyyəli yol qovşağının tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşən maneələrin sənədləşdirilməsi, dəymiş ziyana görə kompensasiyaların ödənilməsi üçün həmin dövrün qanunvericiliyinə uyğun olaraq, Rayon İcra Hakimiyyətində komissiya yaradılmışdı. Tikinti altına düşən maneələrin siyahıya alınması da komissiya tərəfindən aparılıb və təsirə məruz qalan əmlak sahiblərinə kompensasiya ödənilib.

Şikayətçi bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Koroğlu” metrostansiyası ətrafında fəaliyyət göstərmiş obyektlərin digər ərazilərdə yenidən bərpa edilməsi, yaxud da bərpa qiymətini ödəməklə bağlı öhdəlikləri vardı. Lakin bu qurum öz vəzifəsini yerinə yetirməyib, hərəkətsizlik eləyib: “Onların qanunsuz və əsassız olaraq dəymiş ziyanın ödənilməsindən imtinası mənim mülkiyyət hüquqlarımı pozur”.

Mülkiyyətçi qeyd edir ki, Azərbaycanın Konstitusiyası da, digər qanunları da mülkiyyətin toxunulmazlığına təminat verir. Baş verənlər isə mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır: “Söküntü dövlət ehtiyacına görə həyata keçirilibsə, bu halda da “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunla tənzimlənməlidir. Lakin bu qanunun da tələbləri pozulub”.

Şikayətçinin sözlərinə görə, 18 ildir ki, bu problemlə əlaqədar çətin vəziyyətə düşüb: “Həm torpağın, həm də əmlakın özünün çıxarışı vardı. Söküntü işlərinin aparılmasında birbaşa icra başçısının özü də iştirak edirdi. Bir müddət əvvəl 22 nəfər sahibkar birlikdə Prezident Administrasiyasına müraciət etdik. Dedilər ki, məhkəməyə müraciət edin”.

Sahibkar əlavə edib ki, uzun mübarizədən sonra əmlakının bir hissəsi ilə bağlı təzminat əldə edə bilsə də, qalan hissə indiyə qədər qalıb.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Avqust 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see201

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see186

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see179

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see170

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see146

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see145

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see133

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see131

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see131

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see130

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see130

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see129

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see128

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see126

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see125

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see125

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri