Avtomobili insanların üzərinə sürən taksi sürücüsü narkoman çıxdı
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyada taksi sürücüsü idarə etdiyi avtomobili avtobus dayanacağında dayanan insanların üzərinə sürüb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər Kazan şəhərində baş verib.
Nəticədə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Hadisə yerinə gələn polis əməkdaşları sürücünü saxlayaraq polis bölməsinə aparıblar. Təcili tibbi yardım briqadaları isə yaralıları xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, saxlanılan şəxsin əvvəllər psixotrop maddələrin istifadəsinə görə həbs olunduğu üzə çıxıb. Onun qəza törədən zaman narkotik maddə qəbul edib-etmədiyi dəqiqləşdirilir.
L.Tağıyeva

Avtomobili nömrəsiz sürən şəxs narkoman çıxdı FOTO
10 Dekabr 2024 13:37
Avtomobili insanların üzərinə sürən şəxs belə saxlanıldı VİDEO
21 Dekabr 2024 00:02
Londonda avtomobili səkidə gedən insanların üzərinə sürən 4 nəfəri yaralayıb
25 Dekabr 2024 16:52
Avtomobili insanların üzərinə sürən Cabbarla bağlı yeni detallar: bu ölkələrə...
06 Yanvar 2025 17:41
Avtomobili insanların üzərinə sürdü, ölənlər var
01 Yanvar 2025 15:35
