Londonda avtomobili səkidə gedən insanların üzərinə sürən 4 nəfəri yaralayıb
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, London Metropoliten Polisinin verdiyi açıqlamada bildirilib ki, saat 00.45 radələrində bir şəxs avtomobili şəhərin məşhur Shaftesbury küçəsində əks istiqamətə çıxararaq səki ilə gedən piyadaların üzərinə sürüb.
Açıqlamada biri ağır olmaqla 4 nəfərin yaralandığı bildirilib.
Polis məmuru Stuart Cundy açıqlamasında bildirib ki, avtomobilin 31 yaşlı sürücüsü adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanılıb: "Polis əməkdaşları hadisəyə tez reaksiya veriblər və bir neçə dəqiqə ərzində sürücünü yaxalamaq üçün London polisi təcili əməliyyat keçirib", - deyə o qeyd edib.
Cundy bildirib ki, sürücü avtomobilini səkiyə sürməzdən əvvəl gecə klubunda dava salıb: “Həmçinin hadisənin təcrid olunmuş aksiya olduğu və terrorla əlaqəsi olmadığı təsdiqlənib”, - deyə o əlavə edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 25 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















