Icma.az
close
up
RU
Avtomobili “yoxa çıxarıldı”, indi də pul tələb olunur Qəbələ sakini nazırə müraciət etdi

Avtomobili “yoxa çıxarıldı”, indi də pul tələb olunur Qəbələ sakini nazırə müraciət etdi

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Qəbələ rayonunun Xırxatala kənd sakini Elşən Loğman oğlu İsmayılov Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək kömək istəyir.

"AzPolitika" vasitəsilə səsini nazirə çatdırmaq istəyən E. İsmayılovun başına gələnlər təkcə bir insanın şəxsi faciəsi deyil, həm də hüquqi mexanizmlərin düzgün işləmədiyi hallarda vətəndaşların hansı çarəsiz vəziyyətə düşə biləcəyinin bariz nümunəsidir.

Etibarnamə ilə verilən avtomobil “yoxa çıxıb”

Elşən İsmayılovun yazdığına görə, hələ ailəli olduğu dövrdə — boşanmazdan xeyli əvvəl — öz adına BMW markalı, "90 BS 386" dövlət qeydiyyat nişanlı avtomobil alıb. Bir müddət həmin avtomobildən istifadə edib, işə gedib-gəlib. Sonradan iş yeri bağlandığından işsiz qalan Elşən İsmayılov avtomobili istifadə etmək üçün keçmiş həyat yoldaşının qardaşı, Şəki şəhərində yaşayan İyasov Tehran Eldar oğluna etibarnamə ilə verib.

Lakin sonrakı illərdə baş verənlər bu avtomobilin sadəcə bir nəqliyyat vasitəsi olmadığını, hüquqi mübarizənin mərkəzinə çevriləcək qədər dramatik bir simvola dönüştüyünü göstərdi.

Belə ki, Qurbanova Elgül Eldar qızı ilə ayrıldıqdan sonra Elşən İsmayılov onun qardaşından avtomobilin geri qaytarılmasını tələb edib. Ancaq keçmiş qaynı etibarnamənin müddəti başa çatdığı halda, nə avtomobili, nə də ona dair sənədləri geri qaytarmaqdan imtina edib.

Elşən İsmayılov bu məsələ ilə bağlı polisə müraciət etsə də, nəticə olmayıb. Hələ 3 il əvvəl — 2022-ci ilin avqust ayında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən onun müraciətinə verilən cavabda avtomobilin “axtarışda” olduğu, tapılacağı halda duracağa yerləşdirilərək, ona məlumat veriləcəyi bildirilib. Ancaq indiyə qədər Elşən İsmayılova heç bir məlumat verilməyib və faktiki olaraq heç bir əməli tədbir görülməyib.

Elşən İsmayılov bu müddət ərzində ölkədə olmadığından avtomobilin axtarışı ilə ciddi maraqlana bilməyib. Belə ki, polisə müraciət etdikdən bir müddət sonra işsiz olan E. İsmayılova Rusiyadakı tanışlarından iş təklifi gəlir. Həm rayonda iş tapa bilmədiyi, həm də ailəsinin maddi vəziyyəti ağır olduğu üçün E. İsmayılov bu təklifi qəbul edərək Rusiyaya gedir.

Bir müddət əvvəl ölkəyə qayıtdıqda isə məlum olur ki, avtomobil hələ də “tapılmayıb”. Başı ağır xəstə olan atasının müalicəsi ilə məşğul olan E. İsmayılov bu məsələnin üstü ilə ciddi maraqlana bilməyib. Elə bu vaxt keçmiş həyat yoldaşının yeni məhkəmə iddiası ilə qarşılaşır.

İkili zərbə: Avtomobil yoxdur, pul da tələb olunur

İşin ən ağır və qəbuledilməz tərəfi də məhz bundan ibarətdir ki, Elşən İsmayılovun keçmiş həyat yoldaşı Qurbanova Elgül Eldar qızı indi həmin avtomobilin birgə nikah dövründə alındığını əsas gətirərək, onun dəyərinin yarısı qədər pul tələb edir.

“Yəni əvvəlcə ailə üzvləri tərəfindən avtomobilin ‘yoxa çıxması’ təmin olunur, sonra isə eyni ailə bu avtomobilə görə məndən pul tələb edir,” – deyə E. İsmayılov bildirir.

E. İsmayılovun sözlərinə görə, mümkündür ki, bir neçə il əvvəl keçmiş həyat yoldaşının əsassız qızıl iddiasının məhkəmə tərəfindən təmin olunması onlarda yenə istədiklərinə nail olacaqları fikrini yaradıb. Belə ki, E. İsmayılovun bildirdiyinə görə, keçmiş həyat yoldaşı Qurbanova Elgül Eldar qızı ailə qurarkən verilən qızılların bir hissəsini sataraq səhətinə xərcləməsinə, bir hissəsini isə özü ilə aparmasına baxmayaraq, məhkəmədə onun iddiası təmin edilib və E. İsmayılovdan 3 min manat ödənilməsinə dair qətnamə çıxarılıb. Hazırda işsiz olan Elşən İsmayılov bu vəsaiti ağır xəstə olan atasının və anasının aldığı təqaüd hesabına ödəyir. Bu məbləği hələ tam ödəyə bilməyib.

“İş tapa bilmədiyimdən, ağır xəstə olan atamın və anamın dərmanlarına xərcləməli olduqları təqaüdü hər ay Qurbanovlar ailəsinə verməyə məcburam. Bunu özümə bağışlaya bilmirəm, mənəvi cəhətdən sarsıntı yaşayıram. Bəzən bu ədalətsizlik qarşısında yaşamağa da səbəb tapa bilmirəm,” – deyə E. İsmayılov bildirir.

E. İsmayılovun sözlərinə görə, Qurbanovlar ailəsi nə ondan aldıqları pulla kifayətlənib, nə də ona məxsus avtomobili ələ keçirməklə.

“Onlar yenidən Qəbələ Rayon Məhkəməsində iddia qaldıraraq, bu dəfə də məndən əlavə pul tələb etməyə çalışırlar. Tamamilə haqsız mövqedə olmalarına baxmayaraq, məhkəmənin onların xeyrinə qərar çıxaracağına inandıqlarını bildirirlər.”

Elşən İsmayılov isə Qəbələ Rayon Məhkəməsinin işə obyektiv yanaşacağına ümid edir.

“Hakimin həqiqəti üzə çıxaracağına inanıram. Çünki məhkəmə iclaslarının birində avtomobilin onların əlində olduğunu qarşı tərəf özü də etiraf edib. Bundan əlavə, polisdən avtomobilin son dəfə harada və kim tərəfindən idarə olunduğuna dair kamera görüntüləri istənilsə, bu məsələ asanlıqla aydınlaşdırıla bilər. Ümid edirəm ki, məhkəmə qanuna əsaslanaraq qərar verəcək və nəhayət, ədalət bərpa olunacaq,” – deyə Elşən İsmayılov bildirir.

Cənab Vilayət Eyvazovdan kömək istəyirəm!

Elşən İsmayılov eyni zamanda həm həqiqətin ortaya çıxması, həm də Qurbanovlar ailəsinin bu cür əsassız iddialar qaldırmasına son qoyulması üçün İyasov Tehran Eldar oğluna etibarnamə ilə verdiyi, sonra isə onun tərəfindən “yoxa çıxarılmış” BMW markalı, "90 BS 386" dövlət qeydiyyat nişanlı avtomobilinin tapılması üçün daxili işlər naziri Vilayət Eyvazovdan kömək istəyir.

O, cənab nazirə müraciət edərək bu hadisəyə obyektiv hüquqi qiymət verilməsini, avtomobilin tapılıb geri qaytarılmasını, məsələ ilə bağlı polis tərəfindən konkret əməli tədbirlərin görülməsinə dair göstəriş verilməsini xahiş edir.

Qeyd edək ki, iddiaya bu gün Qəbələ rayon Məhkəməsində, hakim Ülvi Qənbərovun sədrliyi ilə baxılacaq.

Mövzunu diqqətdə saxlamağa çalışacağıq.

"AzPolitika.info" 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 İyun 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri