Avtomobili özündən xəbərsiz satışa çıxarıldı Video
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Maştağa qəsəbəsinin sakini Cəlal Axundov 7 aydır iki illiyə kreditlə aldığı maşının ondan xəbərsiz satışa çıxarıldığını iddia edib.
“Qafqazinfo”nun “Xəzər TV”yə istinadən xəbərinə görə, Cəlal Axundov deyib ki, sürdüyü maşının satışı haqda məlumatı tanımadığı şəxslərdən alıb.
Onun sözlərinə görə, maşın üçün 2 min manat ilkin ödəniş edib, hər ay da 375 manat ödəyir. Dediyinə görə, özündən xəbərsiz avtomobili satışa çıxarlıb, hətta bir neçə nəfərdən beh də alınıb.
Saxta elan sahibinə beh ödəyən şəxslərdən biri də Sirac Qayıbovdur.
Elanda qoyulan telefon nömrəsinə isə zəng çatmır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb, araşdırma aparılır.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 14 Noyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















