Avtomobilin arxa şüşəsini yazmağa görə cərimə tətbiq edilir?
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avtomobilin arxa şüşəsinə yazı yazılması və ya müxtəlif şəkillərin yapışdırılması ilə bağlı məsələlər sürücülər arasında tez-tez müzakirə olunur. Bəs bu hal qanunvericiliklə necə tənzimlənir və cərimə nəzərdə tutulurmu?
Mövzu ilə bağlı KONKRET.az-a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, avtomobilin arxa şüşəsinə yazı və ya şəkil yerləşdirilməsi qanunvericilikdə iki formada tənzimlənir.
Onun sözlərinə görə, əgər arxa şüşəyə yazılan mətn və ya yapışdırılan şəkil reklam xarakteri daşıyırsa, bu halda əvvəlcədən müvafiq dövlət qurumundan rəsmi razılıq alınmalıdır. Həmin razılıq olmadan reklam məzmunlu yazı və ya şəkillərin avtomobilə yapışdırılması qanun pozuntusu hesab olunur və cərimə tətbiq edilir.
Hüquqşünas qeyd edib ki, əgər arxa şüşədəki yazı və ya şəkil reklam xarakterli deyilsə, yəni hər hansı məhsulun, xidmətin və ya kommersiya fəaliyyətinin təbliğini aparmırsa, bu hal qanunvericilikdə ayrıca qadağa kimi nəzərdə tutulmayıb.
“Bu cür mətnlər reklam məzmunu daşımadığı təqdirdə cərimə olunmur və onların sökülməsi də qanunla tələb edilmir”, – deyə Tağı Hüseynov vurğulayıb.
Beləliklə, avtomobilin arxa şüşəsində yazı və ya şəkil yerləşdirilməsi yalnız reklam məqsədi daşıdığı hallarda cərimə riski yaradır. Reklam xarakteri olmayan yazılar isə qanun pozuntusu hesab edilmir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 25 Dekabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















