Icma.az
close
up
RU
Daşla avtomobilin şüşəsini sındırdı 3 il HƏBS CƏZASI KONKRET

Daşla avtomobilin şüşəsini sındırdı 3 il HƏBS CƏZASI KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Yasin Məmmədzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Kürdəmir Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə 2025-ci ildə saat 18 radələrində Kürdəmir şəhəri, Bakı prospektində baş verib.

Belə ki, Yasin Məmmədzadə öz təşəbbüsü ilə yaranmış mübahisə zamanı cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirərək ictimai qaydanı kobud şəkildə pozub.

İş materiallarında göstərilir ki, o, yerdən götürdüyü daşı silah qismində istifadə edərək S.Məmmədova məxsus avtomobilin yan şüşəsini qəsdən sındırıb. Nəticədə avtomobil sahibinə 70 manat məbləğində maddi ziyan dəyib.

Bununla kifayətlənməyən təqsirləndirilən şəxs təxminən bir saat sonra, saat 19 radələrində həmin prospektdə yerləşən və insanların intensiv hərəkət etdiyi ictimai ərazidə xuliqanlıq hərəkətlərini davam etdirib.

Yasin Məmmədzadə heç bir əsaslı səbəb olmadan Ağdam rayonunda qeydiyyatda olan zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) ilə münaqişə yaradıb. Daha sonra üzərində olan bıçaqdan silah qismində istifadə edərək zərərçəkmişə bir dəfə zərbə endirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmişin sağ baldırının yuxarı üçdəbir hissəsində deşilmiş-kəsilmiş yara əmələ gəlib. Həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti kimi qiymətləndirilib.

Cinayət işi üzrə toplanmış sübutlar, şahid ifadələri, ekspertiza rəyləri və digər materiallar araşdırıldıqdan sonra məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyadan istifadə edilməklə törədilən xuliqanlıq) ilə tövsif edib.

Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Yasin Məmmədzadə həmin maddə üzrə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qərara alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Avqust 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri