Avtomobilin startstop texnologiyasının niyə önəmlidir? ARAŞDIRMA
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Avtomobillərdə start-stop texnologiyası mühərrikin lazımsız işə salınmasının qarşısını alaraq yanacaq sərfiyyatını və karbon emissiyasını azaldır. Bununla belə, bir çox sürücü bu sistemdən istifadə etməkdən çəkinir ki, bu da ekoloji faydaların gözardı edilməsinə səbəb olur.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər start-stop texnologiyasının ətraf mühit üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib. Bu sistem avtomobil dayandıqda mühərriki avtomatik söndürərək yanacağa qənaət və daha az emissiya təmin edir, xüsusilə şəhərlərdə havanın çirklənməsi ilə mübarizədə mühüm rol oynayır.
“CarBase” mütəxəssisləri həmçinin bildirirlər ki, bir çox sürücü avtomobilinin avtomatik sönməsinə və yenidən işə salınmasına öyrəşmədiyi üçün bu sistemi söndürməyi üstün tutur. Bütün avtomobillər bu texnologiyadan istifadə etsələr, karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına nail olmaq olar.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 Dekabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















