Icma.az
close
up
RU
Təyyarədəki qara qutu nədir və niyə önəmlidir? ARAŞDIRMA

Təyyarədəki qara qutu nədir və niyə önəmlidir? ARAŞDIRMA

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə qara qutu aşkarlanıb və maddi sübut kimi istintaqın işinə daxil edilib.  

Bəs təyyarələrdəki qara qutu nədir?

Sfera.az bildirir ki, qara qutu əslində qara deyil, narıncı və ya parlaq rəngdə olur ki, qəzadan sonra tapılması asanlaşsın. Adının "qara qutu" olması texniki mənşədən gəlir, çünki bu cihaz ilk dəfə yaradıldıqda görünüşü qara rəngdə idi, ancaq sonradan rəngi dəyişdirilib.

Qutuların kənar qalınlıqları 6–7 mm, en və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12–13 santimetrdir. Qara qutular çox yüksək texnoloji proseslərlə istehsal edilir. Onların istehsalında istifadə edilən titan, polad və ya alüminium kimi materiallar xüsusi olaraq ekstremal şəraitə dözmək üçün seçilir. Qutular 1,100°C-ə qədər olan istiliyə və yüksək su təzyiqinə dözə bilir. Həmçinin zərbə, yanğın, su altında qalma və digər şərtlərə qarşı ciddi sınaqlardan keçir. Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və dinlənilib. 

Qara qutular hər bir kommersiya təyyarəsində quraşdırılır və uçuş zamanı avtomatik işləyir. Qəzadan sonra müstəntiqlər cihazı çıxararaq onun içindəki məlumatları analiz edirlər. Təyyarənin harada qəza etdiyini tapmaq üçün qutuda ultrasəs siqnalı (pinger) olur ki, su altından belə yerini bildirir.

Qara qutular davamlı olaraq uçuş zamanı məlumatları qeydə alır. Qeyd olunan məlumatlar daxili yaddaşda saxlanır. Sensorlar vasitəsilə uçuş zamanı müxtəlif məlumatları toplayır. Qeydlər yüksək sürətlə fırlanan maqnit lentlərdə və ya yarımkeçirici yaddaşda saxlanır.

Qara qutuda məlumat toplanılması iki əsas hissədən ibarətdir:

Uçuş məlumatları (FDR): Uçuş məlumatlarını qeydə alır. Bu məlumatlara təyyarənin sürəti, hündürlüyü, mühərriklərin fəaliyyəti, yön və bucaq dəyişiklikləri, təyyarənin yerləşmə mövqeyi.

Kokpit səsləri (CVR): Kabinədəki pilotların danışıqlarını, radioda gedən ünsiyyət səslərini, alarmlar və digər kabinə səslərini yazır.

Bu məlumatlar qəza səbəblərini təhlil etmək üçün mühüm mənbədir. Qara qutular həm də uçuş təhlükəsizliyini artırmaq və gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün mühüm rol oynayır.

Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri