Avtomobilində 200 kiloqram narkotik daşıyan diplomat Bolqarıstanda saxlanıldı
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bolqarıstan polisi Konqo Demokratik Respublikasının Benilüks ölkələrindəki səfirliyinin ikinci katibi Jan de Dyö Mutebva Mulumbanı saxlayıb.
Avtosfer.az “Le Monde” nəşrinə istinadla xəbər verir ki, onun diplomatik nömrəli avtomobilində 200 kiloqram narkotik vasitə aşkar edilib. Diplomat Bolqarıstan polisinə ifadəsində Sofiyada yaşayan arvadı üçün bazarlıq etdiyini bildirib.
Onun diplomatik toxunulmazlıqdan istifadə edərək bu il Bolqarıstana 5 dəfə sərbəst şəkildə gəlib-getdiyi müəyyən edilib. Diplomatla yanaşı onun avtomobilində olan belçikalı qadın və başqa bir Bolqarıstan vətəndaşı saxlanılıb. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onları 20 ilədək həbs gözləyir.
Məsələ ictimailəşdikdən bir neçə saat sonra diplomatın keçmiş qayınatası bildirib ki, onun qızı artıq 3 ildir Mulumba ilə ailəli deyil. Yeri gəlmişkən, qayınata Konqo Demokratik Respublikasının hazırkı prezidenti Çizikedinin müşaviri olub.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 25 İyul 2025 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















