Avtomobillərin anidən alışmasının səbəbləri açıqlanıb VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yolun ortasında maşının alışıb yanması ilə bağlı videolarla tez-tez rastlaşırıq.
Bəs xüsusilə də yaz-yay dövründə bu cür halların baş verməsinə səbəb nədir?
Avtosfer.az-ın məlumatına görə, mütəxəssis Səbuhi Allahverdiyev deyir ki, son dövrlərdə avtomobillərin alışıb yanması faktları artıb. Bunların da əksəriyyəti ehtiyatsızlığın nəticəsidir.
Mütəxəssis bildirir ki, maşına edilən müdaxilələr, əlavə cərəyana səbəb olan işıqgücləndiricilər, həmçinin benzin çənlərinə müdaxilələr yanğın riskini artırır. Elektromobillərdə isə avtomobilə düzgün qulluq edilməməsi, yaxud ustaların səriştəsizliyi yanğın hallarına gətirib çıxarır.
Ekspert deyir ki, hər bir avtomobildə yanğınsöndürücü balon olmalıdır. Əgər avtomobildə alışma baş verərsə, əvvəlcə balonla müdaxilə edilməli, sonra isə FHN-ə zəng olunmalıdır.
Daha ətraflı videomaterialda.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 24 May 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















