Avtomobillərin anidən alışmasının səbəbləri açıqlanıb VİDEO
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Yolun ortasında maşının alışıb yanması ilə bağlı videolarla tez-tez rastlaşırıq.
Bəs xüsusilə də yaz-yay dövründə bu cür halların baş verməsinə səbəb nədir?
Ölkə.az xəbər verir ki, mütəxəssis Səbuhi Allahverdiyev "Xəzər Xəbər"ə deyib ki, son dövrlərdə avtomobillərin alışıb yanması faktları artıb. Bunların da əksəriyyəti ehtiyatsızlığın nəticəsidir.
Mütəxəssis bildirib ki, maşına edilən müdaxilələr, əlavə cərəyana səbəb olan işıqgücləndiricilər, həmçinin benzin çənlərinə müdaxilələr yanğın riskini artırır. Elektromobillərdə isə avtomobilə düzgün qulluq edilməməsi, yaxud ustaların səriştəsizliyi yanğın hallarına gətirib çıxarır.
Ekspert deyib ki, hər bir avtomobildə yanğınsöndürücü balon olmalıdır. Əgər avtomobildə alışma baş verərsə, əvvəlcə balonla müdaxilə edilməli, sonra isə FHN-ə zəng olunmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 May 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















