Icma.az
close
up
RU
Avtomobillərin şarj cihazları: Binalarda yeni TƏHLÜKƏ MƏNBƏYİ

Avtomobillərin şarj cihazları: Binalarda yeni TƏHLÜKƏ MƏNBƏYİ

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Binalarda elektrik və hibrid avtomobillər üçün özbaşına quraşdırılan şarj cihazları təhlükə mənbəyidir.

Bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, polis aidiyyatı qurumlarla birlikdə hərəkətə keçməlidir, çünki təbliğat işlərinə ehtiyac var, qaydaları pozan insanlar maarifləndirməlidir:

"Bu qurğular sökülməlidir, texniki tələblərə uyğun cihazlar quraşdırılmalıdır. Vətəndaşlar bilməlidir ki, qurğunu alırlarsa aidiyyatı qurumlara müraciət etməlidirlər. Texniki tələblər qorunmaq şərtilə xüsusi nəzarət mexanizmi qurulmalıdır, ondan sonra istifadə olunmalıdır".

Ekspert bildirib ki, son zamanlar baş verən partlayışlar ciddi araşdırılsa elektrik doldurma stansiyalarının zirzəmidə quraşdırılmasın da fəsadlar olub:

"Yeni MTK-lar tikilib. Zəhmət çəkib biraz pul xərcləyib özləri o avadanlıqları quraşdırmırlar ki, sakinlərin rahatçılığı təmin edilsin. "Azərişıq" ASC tərəfindən bu məsələlərə müdaxilə edildi, onda da sakinlər etiraz etdi ki, dövlət elektrik avtomobillərinin gətirilməsinə imkan yaradır, "Azərişıq" ASC imkan vermir. "Azərişıq" vətəndaşdan tələb edir ki, texniki qaydalara uyğun olmalıdır, bu stansiya istənilən yerdə quraşdırıla bilməz, hansı şəbəkəyə gəldi qoşula bilməz. Bəzən görürük ki, xüsusi naqillər vasitəsilə 5 və ya 6-cı mərtəbədən xətt çəkir, maşını şarj elətdirir. Bu əlbəttə düzgün deyil. Evdəki bütün əşyaları vurub, sındıracaq. O amperlər, voltajlar uyğun gəlməlidir. Paylayan naqillər, qəbul edən naqillər uyğun olmalıdır. Özbaşına fəaliyyət ağır fəsadlar verir və bu da nəticə etibarı ilə hamımızı narahat etməlidir".

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qüvvədə olan “Yanacaq və elektrik doldurma məntəqələrinin layihələndirmə normaları”nın 10.4-cü yarımbəndinə əsasən elektrik doldurma məntəqələri “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğun şəkildə və enerji təchizatı müəssisəsi tərəfindən təsdiq edilmiş texniki şərt əsasında quraşdırılmalıdır:

"Bu tələblər çərçivəsində elektrik gücü hesablamalarının aparılması, avadanlığın mövcud şəbəkənin gücünə uyğunluğu, həmçinin yol verilən maksimum yüklənmə həddinin məhdudlaşdırılmasının təmin edilməsi texniki şərtinin təsdiq olunması enerji təchizatı müəssisələrinin səlahiyyətlərinə aid məsələlərdir".

FHN-dən eyni zamanda bildirilib ki, göstərilən fəaliyyət sahəsinin tənzimlənməsi qurumun səlahiyyətlərinə daxil deyil və bu istiqamətdə Nazirlik tərəfindən rəy və ya razılaşdırma prosedurları həyata keçirilmir./yurd.media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Noyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri