Icma.az
close
up
RU
Avtomobillərlə bağlı dəyişikliklər qəbul edildi

Avtomobillərlə bağlı dəyişikliklər qəbul edildi

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Parlament müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, quraşdırılması və idarə olunması üçün vahid səlahiyyətli qurumun müəyyənləşdirilməsini sonuncu oxunuşda qəbul edib.

Bakupost.az Metbuat.az-a istinadla xəbər verir ki, bununla bağlı "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

İclasda bildirilib ki, qüvvədə olan qanunvericiliyə əsasən Bakının inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, paytaxt istisna olmaqla digər ərazilərdə zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək səlahiyyəti isə yerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir.

Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə edilməsini və saxlanılmasını vahid qurumun təmin etməsi bölgələrdə əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artmasına, bu sahədə ölkə üzrə vahid standartların tətbiqinə xidmət edəcək.

"Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında" Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı" Əlavə Protokola 21 oktyabr 2022-ci il tarixli 614-VIQ nömrəli qanunla qoşulub.

Sözügedən qoşulma ilə beynəlxalq yük daşımalarında yükgöndərən, daşıyıcı və yükalan arasında öhdəlikləri müəyyən edən və hüquqi münasibətləri tənzimləyən ənənəvi beynəlxalq nümunəli kağız əmtəə-nəqliyyat qaiməsinin (CMR) elektron formatda da tərtib edilməsinə imkan yaradılması, sənədlərin asan idarə edilməsi, qorunması, sürətli mübadiləsi, daşımalarda xərclərin azaldılması, təhlükəsizlik və etibarlılığın təmini kimi bir çox üstünlüklər təqdim edir.

CMR-in elektronlaşdırılması həmçinin, avtomobil nəqliyyatı sahəsində qlobal rəqəmsallaşmanı təmin etməklə, sektor iştirakçılarının çevikliyinin və şəffaflığının artmasına ciddi töhfə verəcək.

Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi həm elektron, həm də kağız daşıyıcıda paralel olaraq istifadə imkanı yaradılmalıdır, çünki bütün dövlətlərdə elektronlaşma imkanı tam formalaşmayıb və hər iki forma birlikdə tətbiq olunur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri