Avtomobilnizin üstünü qar örtübsə BU QAYDALARA MÜTLƏQ DİQQƏT EDİN Mütəxəssidən açıqlama
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qış mövsümündə yağan qar avtomobillərin istifadəsində bəzi problemlər yarada bilər. Bunlardan biri də park etdiyiniz avtomobilin üzərinə və ətrafına yığılan qar kütləsidir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı “Rolf” şirkətinin xidmət meneceri Yuliya Truşkova deyib:
“Çoxlu qar kütləsi avtomobilinizin altında işlənmiş qazların yığılmasına səbəb ola bilər. Bu da həyat üçün təhlükəlidir”.
Onun sözlərinə görə, ilk öncə avtomobilin səsboğucu borusunun ətrafını və maşının yan-yörəsini qardan təmizləmək lazımdır.
Mütəxəssislərin fikrincə, maşını qar altında saxlamaq kuzovunda korroziyaya, dayanacaq əyləcinin donmasına, təkər tağlarında buz və qarın yığılmasına səbəb olur və bu da avtomobilin idarə olunmasını çətinləşdirir.
Truşkova bildirib ki, qar yığınlarının altında dərin çalalar, kiçik dirəklər və ya beton kürələri görünmür, ona görə də sürücü təsadüfən onların üzərindən keçə və avtomobilə ciddi ziyan vura bilər:
“Bundan başqa avtomobilin yığılan qar kütləsində ilişib qalma riski də var. Bu zaman da avtomobili hərəkət etditmək üçün əlavə səylər göstərilməlidir” – deyə o deyib.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Yanvar 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















