Icma.az
close
up
RU
Mütləq bu qaydalara əməl edin, əks halda.. KONKRET

Mütləq bu qaydalara əməl edin, əks halda.. KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda bir çox vətəndaş gəlirlərini artırmaq və ya peşəkar bacarıqlarını genişləndirmək üçün əlavə iş yerində çalışmağa üstünlük verir. Lakin bu seçim bəzən hüquqi baxımdan suallar doğurur: əsas iş yerinin razılığı tələb olunurmu, iş saatlarının uyğunluğu necə tənzimlənir və hansı hallarda məhdudiyyətlər qoyulur? Mövcud qanunvericilik bu məsələyə hansı çərçivədə yanaşır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Etibar Qarayev bildirib ki, əmək qanunvericiliyinə əsasən, şəxsin əsas işindən əlavə olaraq başqa yerlərdə də çalışmaq hüququ var.

“Burada əsas diqqət yetirilməli məqam iş saatlarının uyğunluğudur. Əgər əlavə iş yerindəki saatlar əsas fəaliyyət sahəsinin vaxtı ilə üst-üstə düşürsə, bu halda mütləq şəkildə əsas işəgötürənin razılığı alınmalıdır. Əks halda, yəni əlavə iş fəaliyyəti əsasdan sonrakı saatlarda həyata keçiriləcəksə, işəgötürənin icazəsi tələb olunmur”.

Bununla yanaşı, hüquqşünas digər mühüm məqama da diqqət çəkib.

“Əgər şəxs əsas iş yerində zərərli və ya sağlamlıq üçün təhlükəli şəraitdə çalışırsa, onun əlavə iş yerinin də eyni kateqoriyaya aid olması qanunla qadağandır. Yəni, işçinin həm əsas, həm də əlavə iş yerində eyni zamanda təhlükəli və zərərli işlərdə çalışmasına yol verilmir”.

Beləliklə, qanun əlavə iş yerində çalışmağa icazə versə də, bu hüququn istifadəsi zamanı fəaliyyət saatlarının toqquşmaması və əmək təhlükəsizliyi tələblərinin qorunması əsas şərtlər kimi önə çıxır.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Aprel 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri