Icma.az
close
up
RU
Avtopilot rejimdə idarə edilən avtomobildə məsuliyyət kimindir? AÇIQLAMA

Avtopilot rejimdə idarə edilən avtomobildə məsuliyyət kimindir? AÇIQLAMA

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

“Müasir dövrdə süni intellekt texnologiyalarının inkişafı nəticəsində avtopilot rejimində idarə olunan nəqliyyat vasitələrinin sayı sürətlə artır. Lakin bu yeniliklərlə yanaşı, bir sıra hüquqi, texniki və etik məsələlər də gündəmə gəlir. Ən çox müzakirə olunan məsələlərdən biri avtopilot rejimində avtomobil idarə edən şəxsin məsuliyyət dərəcəsidir”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Operativ Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
O bildirib ki, əgər sürücü avtopilot rejimini aktivləşdirdikdən sonra sükanı tamamilə buraxır və idarəetmədən uzaqlaşırsa, bu hal artıq inzibati məsuliyyət yaradır:

“Azərbaycan Respublikasının qanunvericiliyində hələlik avtopilot rejimində idarəetmə ilə bağlı konkret hüquqi baza formalaşmasa da, yol hərəkəti təhlükəsizliyi baxımından “sürücünün idarəetmədə iştirakı” prinsipi qüvvədə qalır. Buna görə də sürücü sükanı buraxdıqda və ya nəqliyyat vasitəsini nəzarətsiz vəziyyətdə qoyduqda inzibati xətalar məcəlləsinə əsasən məsuliyyət daşıyır.


Bu məsələyə yalnız hüquqi deyil, elmi əsaslarla da yanaşmaq vacibdir. Avtopilot rejimində nəqliyyat vasitələrinin texniki parametrləri, təhlükəsizlik alqoritmləri, insan-maşın qarşılıqlı təsir mexanizmləri və potensial risklər dərindən öyrənilməlidir. Əgər gələcəkdə qanunvericilikdə dəyişiklik edilərək avtopilot rejimində idarəetməyə görə məsuliyyət aradan qaldırılsa, bunun hansı fəsadlar doğura biləcəyi əvvəlcədən araşdırılmalıdır. Dünyada bu sahədə müxtəlif təcrübələr mövcuddur. Avropa ölkələrinin bəzilərində avtopilot rejimində idarəetmə müəyyən şərtlərlə qanuniləşdirilib və sürücünün məsuliyyəti sistemin texniki səviyyəsindən asılı olaraq tənzimlənir. Azərbaycanda isə bu məsələ hələ hüquqi tənzimləmə mərhələsindədir və ilk növbədə avtopilot sistemli avtomobillərin texniki göstəriciləri dəqiq şəkildə təhlil edilməlidir. Bu səbəbdən, süni intellektlə idarə olunan nəqliyyat vasitələrinin hüquqi statusu elmi əsaslandırılmış şəkildə müəyyən edilməli, məsuliyyət bölgüsü aydınlaşdırılmalı və bu sahədə qanunvericilik bazası beynəlxalq təcrübə ilə uzlaşdırılmalıdır. Əks halda, “şifahi və təcrübi yanaşma” ilə verilən qərarlar gələcəkdə həm hüquqi, həm də texniki problemlərə yol aça bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Noyabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri