Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

İnsan sağlamliğina verilən dəyər

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

AXC hökumətinin Bakıda ilk qərargahı

AXC hökumətinin Bakıda ilk qərargahı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan müstəqilliyinin başlandığı məkan – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” mövzusunda respublika elmi konfransı öz işinə başlayıb.

Konfransı giriş nitqi ilə muzeyin direktoru akademik Rafael Hüseynov açaraq Azərbaycanın XX yüzildə iki dəfə istiqlala nail olduğunu, suveren dövlətini yaratmaq imkanını qazandığını bildirib. Qeyd edib ki, 1918-ci ilin 28 mayında Azərbaycan müstəqillik bayrağını ucaltdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu. 1991-ci ildə ölkəmiz 70 il həsrətini çəkdiyi istiqlalına yenidən qovuşdu və 34 il əvvəlin oktyabrından başlayan müstəqillik yolumuz bu günədək davam edir.

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunduğunu söyləyən akademik Rafael Hüseynov Azərbaycanın üçrəngli bayrağının başımız üzərində ucalmasından, istiqlal yolunda xalqımızın apardığı mübarizələrdən bəhs edib. O, 1957-ci ildə SSRİ-nin ən güclü vaxtında Cahid Hilaloğlu və Çingiz Abdullayev adlı iki vətənpərvər soydaşımızın üçrəngli bayrağımızı Qız qalasının üzərində dalğalandırdığını söyləyərək, bu səbəbdən onların azadlıqlarını itirmələrindən və başlarına gələn bəlalardan danışıb. O, bildirib ki, müstəqilliyə gedən yol daim mübarizələrlə davam edib. Bayrağımız daha sonra 1989-cu ilin noyabrında Gəncədə qaldırılıb.

“Azərbaycanın böyük şansıdır ki, xalqımızın hadisələrə və cərəyan edən siyasi proseslərə müdrikcəsinə yanaşan ümummilli lider Heydər Əliyev kimi qüdrətli tarixi şəxsiyyəti var. Tarix XX əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında dahi bir rəhbər və müdrik dövlət xadimini bəxş etdi. Ulu öndər siyasi uzaqgörənliyi ilə Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanması, müstəqil dövlət ideyasının gerçəkləşməsi prosesində ölkəmizi çətin, mürəkkəb və çıxılmaz mərhələlərdən çıxara bildi, Azərbaycanı inamla irəliyə apardı, müstəqilliyi qoruyaraq inkişaf etdirdi”, – deyə akademik Rafael Hüseynov əlavə edib.

Müstəqil dövlət olmağın ən ümdə şərtlərindən birinin müstəqil siyasət apara bilmək olduğunu vurğulayan akademik Rafael Hüseynov bu gün Ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirildiyini söyləyib. Bildirib ki, uzun illər işğal altında qalan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə azad edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Natiq 2020-ci ilin 8 noyabrının – Zəfər Gününün Azərbaycan tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri kimi yazıldığını deyərək qeyd edib ki, tarixi Qələbəmiz xalqımıza vüqar və qürur hissini qaytarıb, millətimizin adını bütün dünyada yüksəklərə ucaldıb. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın qlobal arenada mövqeyi daha da möhkəmlənib, eyni zamanda, ölkə başçımız beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunur.

Akademik Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin Ədəbiyyat Muzeyinə hər zaman böyük rəğbət bəslədiyini və xüsusi diqqətlə yanaşdığını bildirib. O, ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə muzeyin əsaslı təmir edilərək yenidən qurulduğunu vurğulayıb.

Müstəqilliyimizə həsr olunan mərasimin Ədəbiyyat Muzeyində keçirilməsinin rəmzi məna daşıdığını söyləyən alim qeyd edib ki, 1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və Milli hökumət Gəncədən Bakıya köçdükdən sonra AXC Nazirlər Kabineti “Metropol” adlanan indiki Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm də fəaliyyət göstəriblər. Ölkə həyatını nizamlayan ən vacib qərarlar məhz bu tarixi binada qəbul olunub.

Direktor muzeydə klassiklərimizin miniatürlü əlyazma divanlarının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzar daşı kimi çoxsaylı qiymətli eksponatların qorunduğunu bildirib.

Çıxışının sonunda akademik Rafael Hüseynov Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayıb. O, muzeyin kollektivi və konfrans iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubunun mətnini səsləndirib.

Respublika konfransının fəxri qonağı qismində dəvət olunmuş hüquq elmləri doktoru Simran Həsənov çıxış edərək tarixi dövrü təhlil edib.

Daha sonra muzeyin Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu İstiqlaliyyət dövründə “Fövqəladə Təhqiqat Komissiyası və onun fəaliyyətində Məhəmməd xan Təkinskinin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Respublika elmi konfransı bölmə iclasları ilə işini davam etdirib.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see408

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see328

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see250

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see249

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see244

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see244

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see240

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see238

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see234

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see231

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see223

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see222

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see216

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see213

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see204

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see200

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see195

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see188

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see188

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri