Icma.az
close
up
RU
bp nin AXC irsinə dəyərli töhfəsi

bp nin AXC irsinə dəyərli töhfəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən bp şirkəti “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” adlı yeni bir kitabı ictimaiyyətə təqdim edib. Qurumun maliyyəsi ilə nəşr olunmuş kitabın əsas məqsədi geniş oxucu ictimaiyyətinin Azərbaycanın ilk demokratik dövlətinin tarixinə marağını və həmin dövr barədə məlumatlılığını artırmaqdır.

Yeni nəşrdə Şərqdə ilk demokratik parlament respublikası olan və sovet Rusiyası tərəfindən devrilənə qədər cəmi 23 ay mövcud olmuş Azərbaycan Demokratik Respublikası (ADR) haqqında diqqətlə seçilmiş və geniş ictimaiyyətə az məlum olan 100 fakt toplanıb.

Kitab oxuculara ADR haqqında qısa, maraqlı və etibarlı mənbələrə əsaslanmış tarixi məlumatlar təqdim edir. Hər bir fakt ADR-in parlament iclaslarının stenoqramları və hökumət qərarları da daxil olmaqla, sənədlərin əslinə əsaslanır ki, bu da məlumatların dəqiqliyini və həqiqiliyini təmin edir.

Nəşrdə “İstiqlal Bəyannaməsini kim qələmə alıb?”, “Milli Şura niyə ilk Azərbaycan parlamenti sayılmalıdır?”, “Azərbaycanın Dövlət Himni ilk dəfə nə vaxt səslənib?”, “Azərbaycanın Dövlət Gerbini kim yaradıb?”, “Kimlər İrəvanın verilməsinə etiraz etmişdilər?” kimi mühüm suallar, eləcə də bir çox digər mövzulara aid çox maraqlı məlumatlar var.

Kitaba, həmçinin 25 orijinal illüstrasiya da daxil olunub ki, bu da nəşrin vizual baxımdan cəlbedicini artırmaqla yanaşı, onu məktəblilər, tələbələr, eləcə də Azərbaycan tarixi ilə maraqlanan hər kəs üçün əlçatan edir.

Kitabın təqdimatına həsr olunmuş tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə işıq salan bu mühüm layihəni dəstəkləməkdən həqiqətən qürur duyuruq. Təqdim etdiyimiz yeni kitab faktları qısa və maraqlı formada təqdim etməklə tarix haddında bilgiləri cəmiyyətin hər bir üzvü üçün əlçatan edir və Azərbaycan Xalq Cümhuriyyətinin irsinin uzun illər ərzində qorunub yaşamasına töhfə verir”.

192 səhifəlik bu nəşr xüsusilə uzun mətnlərə diqqətin azaldığı indiki dövrdə müasir oxucuların marağını cəlb edəcək şəkildə hazırlanıb. Kitab ADR-in mövcud olduğu qısa dövr ərzində qəbul etdiyi mühüm qərarlar və həyata keçirdiyi əsas fəaliyyətləri əhatə etməklə oxuculara qısa bir tarixi səyahət təqdim edir. Nəşrin müəllifi tarix mövzusunda podkastların müəllifi kimi tanınan və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən “Fərdi jurnalist müsabiqəsi”nin dördqat qalibi olan Ayaz İlyasovdur.

Xatırladaq ki, ümumi dəyəri 25 min 995 manat (15 min 291 ABŞ dolları) təşkil edən layihə “Altun Kitab” MMC tərəfindən icra olunub.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri