Icma.az
close
up
RU
AXC nin yaradılması dövlətçilik tariximizdə... Deputat

AXC nin yaradılması dövlətçilik tariximizdə... Deputat

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Xalqımız tarix boyunca dəfələrlə yadelli qəsbkarların hücumlarına məruz qalsa da, heç vaxt azadlıq ideallarından geri çəkilməyib və zaman-zaman bu ideallar uğrunda mücadilə aparıb. Bu mücadilələrin məntiqi nəticəsi olaraq Azərbaycan xalqı 108 il bundan əvvəl - 28 may 1918-ci ildə öz müstəqilliyini elan edib və milli dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini (AXC) yaradıb.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, AXC-nin yaradılması dövlətçilik tariximizdə çox mühüm mərhələni təşkil edir:

“Həmin dövrdə yeni dünya nizamı formalaşırdı. Belə bir şəraitdə 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurasının Azərbaycanın İstiqlaliyyəti haqqında Bəyannaməni qəbul etməsi xalqımızın azadlıq ideyalarına, dövlətçilik ənənələrinə nə qədər sadiq qaldığının əyani təcəssümü idi. Biz qürur duyuruq ki, müsəlman Şərqində ilk parlamentli respublika qurmuşuq. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti böyük coğrafiyada demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Belə ki, qısa dövr ərzində parlament, milli hökumət yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq səviyyədə tanınması və digər istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Bura Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktları da əlavə edə bilərik. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Himn qəbul olundu, bayraq, gerb təsis edildi. Milli ordu qurularaq Qafqaz İslam Ordusu ilə birlikdə Bakı bolşevik-daşnak işğalçılarından azad edilib. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlanması, 1919-cu ilin sentyabrında parlament tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edilməsi böyük nailiyyət idi. Təəssüf ki, AXC-nin ömrü az oldu – cəmi 23 ay mövcudluqdan sonra 1920-ci il aprelin 28-də bolşevik istilası nəticəsində süqut etdi”.

Millət vəkilinin sözlərinə görə, sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşatdı və müstəqil dövlətini qurmağa can atdı:

“Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yarandı. Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Müstəqilliyimizin bərpasında və sonrakı mərhələdə onun qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan çətindir. Ulu Öndər hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə milli mədəniyyətimizə, ədəbiyyatımıza, dilimizə sonsuz qayğı göstərməklə, soydaşlarımız arasında əlaqələri gücləndirməklə, sənayeni və kənd təsərrüfatını inkişaf etdirməklə, azərbaycanlı gənclərin keçmiş ittifaqın qabaqcıl ali məktəblərində mükəmməl təhsil almalarıına şərit yaratmaqla gələcək müstəqilliyimizin iqtisadi və ideoloji təməllərini yaratmışdı. Tam qətiyyətlə deyə bilərik ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyə gedən yolunun, qurtuluş tarixinin əsası da Ümummilli Lider Heydər Əliyevin səyləri və cəsarəti sayəsində qədim diyarda-Naxçıvanda qoyulub. Muxtar Respublikanın Ali Sovetinin 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə çağrılan sessiyasında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar verildi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün fəaliyyətini bu istiqamətdə quran Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə əldə etdiyi müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Bir tərəfdən, zorakılıq yolu ilə hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə, Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı, sözün əsl mənasında, ölüm, ya qalım dilemması ilə üz-üzə qoymuşdu. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.

Müstəqilliyimiz, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü ilin iyununda Bakıya gəldi və çətin vəziyyətə düşmüş ölkəyə rəhbərlik etməyə başladı. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr tezliklə müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu və respublikamız sabitliyə, inkişafa istiqamətləndi. Xalq Cümhuriyyətinə hər zaman ehtiramla yanaşan Ulu Öndərimizin dediyi “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur” fikirləri bu reallığı bir daha təsdiqləyir”.

Samir Vəliyev qeyd edib ki, Ulu Öndərimizin əsasını qoyduğu siyasətin sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin qorunmasına və getdikcə daha da möhkəmlənməsinə güclü təminatdır:

“Müqayisələr apardıqda aydın şəkildə görünür ki, bəzi ölkələr müstəqilliklərini de-yure bəyan etsələr də, de-fakto forpostdurlar, başqa dövlətlərin dəstəyi olmadan yaşamaq iqtidarında deyillər. Azərbaycanın müstəqilliyi isə real səciyyə daşıyır. Son 20 ildən artıq bir müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız zirvələrə yüksəlib. Ölkənin iqtisadi müstəqilliyi tam təmin edilib. Hazırda respublikamız dünyada heç bir maliyyə mərkəzindən asılı deyil, bütün məsələlərini sırf öz gücünə həll etməyə qadirdir. Bu da siyasi müstəqilliyimizi şərtləndirir. Bu gün dünyada elə bir güc mərkəzi yoxdur ki, ölkəmizlə diktat dili ilə danışsın. Azərbaycan tam müstəqil siyasət aparır, dostlarını özü seçir, qərarlarını da Bakıda özü verir”.

“Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə, heç şübhəsiz ki, öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsidir. Bu, müzəffər Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı şanlı qələbələr sayəsində mümkün oldu. Bu zəfərlər son 200 illik tariximizin ən böyük qələbələridir. Bütün bunlar, həmçinin Böyük Qayıdış proqramının uğurla rallaşdırılması müstəqil Azərbaycanın gücünün və əzminin təntənəsidir!”,-deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 May 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri