Icma.az
close
up
RU
Tariximizdə əbədi qalacaq Zəfər... Deputat

Tariximizdə əbədi qalacaq Zəfər... Deputat

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sənədə əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. 27 sentyabr şanlı Zəfərimizlə yekunlaşan Vətən müharibəsinin başladığı günü simvolizə edir. 2020-ci il sentyabrın 27-də səhər saat 06:00-da başlayan müharibə uzun çəkmədi – cəmi 44 gün davam etdi. Ancaq bu qısa müharibədə qazanılan Qələbə öz miqyasına və mahiyyətinə görə çox böyük idi. Müharibədə Azərbaycan yalnız işğalçı Ermənistana deyil, həm də onun arxasında dayanan böyük güclərə qalib gəldi”.

Bunu "Unikal"a a  açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev ifadə edib.

 Milli Məclisin üzvü bildirib ki, Azərbaycan hər zaman sülh mövqeyindən çıxış edib. Ölkəmizin işğala məruz qalan tərəf olmasına baxmayaraq, təxminən otuz il ərzində Minsk qrupunun xətti ilə aparılan danışıqlarda fəal şəkildə iştirak etməsi və bir qayda olaraq konstruktiv mövqe ortaya qoyması bunun əyani təsdiqidir. Ancaq işğalçı Ermənistanın davranışları müharibəni qaçılmaz edirdi. Bunun da əsas səbəbi Ermənistanın üç onillik ərzində  danışıqlar prosesində formal olaraq iştirak etməsi və işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi idi. Ermənistanın işğal illərində törətdiyi müharibə cinayətləri hər kəsə bəllidir. “Adekvat şəkildə cəzalandırılmaması işğalçı ölkəni, necə deyərlər, daim yeni təxribatlara  və yeni müharibə cinayətlərinə ruhlandırırdı. 27 sentyabr 2020-ci il ərəfəsində belə təxribatların miqyası daha da genişlənmişdi. Beynəlxalq hüquq normalarına arxa çevirən işğalçı dövlətin rəhbərliyi vaxtilə zor gücünə zəbt edilən bütün torpaqları qondarma “DQR”ə aid etməyə çalışır, bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağını bəyan edirdi. Bunlar azmış kimi, Ermənistan Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələməyə başlamışdı. 2020-ci ilin iyul ayında heç bir səbəb olmadan iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz, dinc sakinlər və mülki infrastruktur erməni hərbi birləşmələri tərəfindən qəfil artilleriya atəşinə tutuldu. Həmçinin həmin ərəfədə başqa belə təxribatlara da şahidlik etdik. Samir Vəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin  növbəti dəfə daha genişmiqyaslı təxribat törətdiklərini xatırladıb.

Deputat bildirib ki, həmin tarixdə Ermənistanın silahlı birləşmələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həyatını itirən və yaralananlar olub. Eləcə də mülki infrastruktur obyektlərinə, evlərə ciddi ziyan dəyib. “Azərbaycanın seçim imkanı qalmamışdı. Beləliklə,  Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib”, - deyə millət vəkili vurğulayıb. Millət vəkili bildirib ki, Prezident, Ali Baş Komandan tərəfindən müharibənin başlaması üçün ən uyğun vaxt seçilib. Bunadək keçilən yolu xatırladan Samir Vəliyev deyib ki, 30 il ərzində Azərbaycan işğal faktı ilə heç vaxt barışmayıb, dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində ərazilərimizin və suverenliyimizin təmin olunması məsələsi ölkənin gündəliyinin mərkəzində saxlanılıb. Bu illər ərzində iqtisadiyyatımız gücləndirilib və bu əsasda yüksək döyüş qabiliyyətinə malik müasir ordu formalaşdırılıb. Eyni zamanda, cəmiyyətimiz səfərbər olunmuşdu. Azərbaycan xalqı vətənpərvər, qəlbən torpağına bağlı olan xalqdır. “Müharibənin ilk günündən Azərbaycan xalqı Prezidentə, Ordumuza güclü dəstək nümayiş etdirdi. Sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yayıblar. Qeyri-hökumət təşkilatlarınin qəbul etdikləri müraciətdə vətəndaş cəmiyyəti təsisatlarının təmsilçiləri  Ali Baş Komandanımızın və Ordumuzun yanında olduqlarını bildiriblər. Eyni zamanda,  500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Həmin gün Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar”, - deyə millət vəkili bildirib. Samir Vəliyev qürur hissi ilə xatırladıb ki, Azərbaycan xalqı Vətən müharibəsinin elə ilk günündən başlayaraq cəbhədən gələn qələbə müjdələrinə sevinib. Ordumuzun peşəkarlığının, yüksək döyüş qabiliyyətinin, hərbiçilərimizin göstərdikləri misilsiz qəhrəmanlıqların nəticəsi olaraq düşmən cəmi 44 gün ərzində bütünlüklə kapitulyasiyaya məruz qalıb və döyüş qabiliyyətini tamam itirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub.

“Döyüşlərdə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük müharibənin baaşa çatmasını bildirən 10 noyabr 2020-ci il tarixli bəyanat qəbul edildikdən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə belə atılmadan Azərbaycana  təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu”, - deyə millət vəkili vurğulayıb.  Deputat bildirib ki, bu Zəfər son 200 illik tariximizin ən parlaq səhifəsini təşkil edir. Məlumdur ki, son iki yüzillikdə xalqımız bir sıra istilalara məruz qalıb, torpaqlarımızı itirmişik, sərhədlərimiz daralıb. 44 günlük müharibədə isə  biz ilk dəfə olaraq torpaq itkilərinə məruz qalmadıq, əksinə ötən əsrin doxsanıncı illərinin əvvəllərində zor gücünə zəbt etilmiş ərazilərimizi geri qaytarmağa nail olduq. Bu qələbə ilə həm də sonrakı zəfərlərimizin təməli qoyuldu,  biz bir dövlət və xalq olaraq suverenliyimizin  tam bərpası uğrunda çarpışmalara başladıq. Həmin unudulmaz, qürurverici anları da yenə də sentyabr ayında yaşadıq. 2023-cü il sentyabrın 19-20-də baş tutan uğurlu lokal xarakterli əməliyyatın nəticələrinə uyğun olaraq Qarabağda separatizmə birdəfəlik son qoyuldu, ölkəmizin bütün ərazisində tam suverenliyimiz təmin olundu. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri