Icma.az
close
up
RU
Axı problem təkcə müəllimdə deyil Ekspertdən maaş söhbətinə REAKSİYA

Axı problem təkcə müəllimdə deyil Ekspertdən maaş söhbətinə REAKSİYA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

“Əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?”

Bu fikri elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.

Redaktor.az-a açıqlamasıdna nazirin sözlərinə fikir bildirən "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu qeyd etdi ki, Emin Əmrullayev bu açıqlama ətrafında müzakirə aparmaqda tam haqlıdır.

Ekspertin sözlərinə görə, mövzu həm həssasdır, həm də çoxşaxəlidir:

"Cümlədə daha çox nəticəyönümlü məsuliyyət ideyası ön plana çıxır. Yəni müəllimin işi yalnız dərs demək yox, şagirdin öyrənməsinə real təsir göstərməkdir. Bu baxımdan nazirin mesajından belə anlaşılır ki, müəllim prosesdə passiv olmamalı, nəticəyə görə cavabdeh olmalıdır.

Məncə, başqa problemlər də var. Axı problem təkcə müəllimdə deyil. Şagirdin yaxşı oxuması təkcə müəllimdən asılı deyil. Burada ailə mühiti, sosial-iqtisadi vəziyyət, şagirdin motivasiyası və psixoloji durumu, sinifdə şagird sayı, dərs yükü və proqramın ağırlığı, məktəbin ümumi mühiti, dərsliklərin isə xüsusən də optimallığı təsir edir. Bunların hamısını nəzərə almadan məsuliyyəti yalnız müəllimin üzərinə qoymaq, məncə, ədalətli deyil. Müəllimin maaş məsələsi də önəmlidir. Müəllimin maaşı bir növ dərsə hazırlaşmaq, bilik ötürmək, şagirdi istiqamətləndirmək, tərbiyədə rol oynamaq üçündür. Yəni müəllim imkan yaradır, amma öyrənmə prosesi qarşılıqlı əməkdir, qarşılıqlı əməkdaşlıqdır".

Müsahibimiz sağlam yanaşmanın necə olmalı olduğu məsələsinə də toxundu.

"Daha balanslı fikir belə səslənə bilərdi ki, müəllimin fəaliyyəti obyektiv meyarlarla qiymətləndirilməlidir. Nəticələrə baxılmalıdır, amma kontekst nəzərə alınmaqla. Yəni yaxşı işləyən müəllim daha çox dəstəklənməli, stimullaşdırılmalıdır. Zəif nəticə varsa, ilk addım cəza yox, inkişaf və dəstək olmalıdır.

Nəticə olaraq düşünürəm ki, bu açıqlama problemin mövcudluğuna işarə edir, amma çox sərt və birtərəfli səslənir. Məncə, təhsil sistemi “müəllim günahkardır” məntiqi ilə yox, kollektiv məsuliyyət və sistemli islahatlarla inkişaf edə bilər", - deyə R.Fikrətoğlu vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Dekabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri