Icma.az
close
up
RU
Onlar məktəbdən kənarlaşdırılmalıdır Ekspertdən sərt REAKSİYA

Onlar məktəbdən kənarlaşdırılmalıdır Ekspertdən sərt REAKSİYA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bildiyimiz kimi, son günlər məktəblərdə xoşagəlməz hallar baş verir. Bir şagird digərini spirt ilə yandırır, biri digərinə bıçaqla xəsarət yetirir və s. Bu məsələlər isə məktəblərdə psixoloqun rolu məsələsini məsələsini yenidən gündəmə gətirir. Yəni məktəb psixoloqları şagirdlərlə məşğul olurmu?

Qeyd edək ki, spirtlə yandırılan uşağın oxuduğu məktəbdə aparılan sorğu zamanı şagirdlər psixoloqları uzun müddət əvvəl gördüklərini bildiriblər.

Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, orta ümumtəhsil məktəblərində psixoloqlar sertifikasiyadan keçirilməlidir:

"Baxılmalıdır ki, məktəb psixoloqu kimi məktəblərdə fəaliyyət göstərənlər həqiqətən də öz ixtisasının mütəxəssisidirlərmi? Yəni, psixologiya ixtisasını bitiriblərmi və yaxud da təhsildə sosial-psixoloji xidmət ixtisasını bitiriblərmi? Bunlar müəyyənləşdirilməli, öz sahəsi üzrə fəaliyyət dairəsi yoxlanılmalıdır. Mütləq şəkildə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi tərəfindən mütəmadi reydlər həyata keçirilməlidir. Əgər bizim orta ümumtəhsil məktəblərində məktəb psixoloqlarının fəaliyyəti aktiv olsa, fəaliyyət Elm və Təhsil Nazirliyinin verdiyi müvafiq proqrama uyğun olaraq həyata keçirilərsə, hesab edirəm ki, hər hansı bir problem olmaz və yaxud da azalmış olar".

Həmsöhbətimiz vurğuladı ki, ETN orta ümumtəhsil məktəblərində tədris prosesini həyata keçirən təhsilverənlərin hər biri üçün bir proqram tərtib edir və təhsilverənlər həmin proqrama əsasən təhsilalanların tədris prosesinə cəlb olunmasına dəstək göstərir:

"Bu, eyni şəkildə məktəb psixoloqlarına da aiddir. Əgər məktəb psixoloqları həmin verilən tədris proqramından kənara çıxırsa və yaxud da məktəb rəhbərliyi tərəfindən məktəb psixoloqlarına müəyyən lazımi şərait yaradılmırsa, bununla yanaşı, məktəb psixoloqları boş qalan dərslərin keçirilməsi ilə məşğuldursa, bu, əlbəttə ki, yolverilməzdir. İlkin olaraq məktəb psixoloqlarının sertifikasiyası olunmalıdır, öz sahəsi üzrə fəaliyyət göstərməyənlər məktəbdən kənarlaşdırılmalıdır. Hal-hazırda yeni ixtisas var – təhsildə sosial-psixoloji xidmət. Bu ixtisası bitirənlərə imkan yaradılmalı, vakansiya verilməlidir. Bu ixtisasda orta ümumtəhsil məktəbində tədris həyata keçirilməlidir. Çünki ali təhsil müəssisələrində təhsildə sosial-psixoloji xidmət ixtisası ilə bağlı lazımi bilik və məlumatlar verilir. Təhsilə əsasən də həmin ixtisası oxuyanlar uşaqlara necə yanaşılmalı olduğunu çox gözəl bilirlər".

R.Nurəliyev qeyd etdi ki, Azərbaycanda hadisə baş verəndən sonra məktəb psixoloqu məsələsi aktuallaşır:

"Hadisə baş vermədən əvvəl məktəb psixoloqları uşaqlarla, lazım gələrsə, valideynlə görüşməli və yaxud da müəllimlərlə görüşməlidir. Bu, o demək deyil ki, hər hansı bir müəllimdə müəyyən psixoloji problem var. Biz şahid olmuşuq: neçə müəllim məktəbdə məktəb rəhbərliyinə qarşı hücum edib və yaxud da hər hansı bir xəsarət yetirib, yaxud da müəllim müəllim yoldaşı ilə bağlı hər hansı bir problem yaşaya bilər. Yəni, bunları tənzimləyəcək şəxs məktəb psixoloqlarıdır. Həm müəllimlər arasında, həm şagirdlər arasında, həm də valideynlər arasında olan təması formalaşdıracaq, psixoloji dəstəyi verəcək şəxs psixoloqdur. Müəyyən qədər həmin şagirdə məktəb psixoloqu tərəfindən verilən dəstək kifayət etmirsə, o zaman valideynlərə istiqamətləndirilməlidir ki, uşağını ixtisaslı psixoloqlara yönləndirsin. Amma çox təəssüflər olsun ki, bu gün bizim orta ümumtəhsil məktəblərinin bir qismində məktəb psixoloqu yoxdur, bir qismində var, ona şərait yoxdur, lazımi avadanlıqlar yoxdur, otaq şəraiti yoxdur, bir qismində də fəaliyyəti passivdir. Bəli, aktiv fəaliyyət göstərənlər də var, qəbul edirik. Mənim tanıdığım bir neçə psixoloq var ki, həqiqətən də aktiv fəaliyyət göstərir. Valideynlərlə, şagirdlərlə mütəmadi görüşür, öz xüsusi cədvəli var. Sinif rəhbəri tərəfindən problemli olan şagirdlər siyahıya alınmalı, məktəb psixoloqlarına təqdim olunmalıdır. Məktəb psixoloqları da həmin şagirdlərlə mütəmadi görüşlər həyata keçirməlidir. Dərsdən kənar vaxtlarda və yaxud da əgər uşaq dərsə gəlmirsə, valideynlə əlaqə saxlanılmalıdır. Uşaqla görüşdükdən sonra hər hansı bir problem ailədən qaynaqlanırsa və yaxud da valideynlər arasında şiddətlə bağlı problem uşağa təsir göstərirsə, bununla bağlı valideynlər çağırılıb onlarla görüşülməlidir. Amma çox təəssüflər olsun ki, fəaliyyət bu sistem və proqram üzərindən həyata keçirilmədiyinə görə, hal-hazırda bizdə orta ümumtəhsil məktəblərində problemlər də getdikcə çoxalır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Aprel 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri