Axios: ABŞ nümayəndəsi Livan üzrə məsləhətləşmələrdə iştirakını dayandırmaqla hədələyib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti köməkçisinin müavini Amos Havksten İsrail hakimiyyətinə bildirib ki, onlar Livanda atəşkəsə tezliklə razılıq verməsə, vasitəçilik səylərini dayandıracaq.
APA xəbər verir ki, bu barədə ABŞ-nin Axios portalının jurnalisti Barak Ravid “X” hesabında məlumat verib.
Mənbənin sözlərinə görə, Havksten İsrailin Vaşinqtondakı səfirinə bildirib ki, İsrail yaxın günlərdə Livanla atəşkəs təklifinə müsbət cavab verməsə, vasitəçilik səylərindən əl çəkəcək.
Xatırladaq ki, Havksten Livan-İsrail sərhədində atəşkəs üçün danışıqların konstruktiv şəkildə davam etdiyini bildirib. Daha sonra o, İsrailə gedəcəyini və orada İsraillə “Hizbullah” arasında münaqişəyə son qoymaq üçün ABŞ saziş layihəsinə Livan tərəfinin cavabını müzakirə edəcəyini deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 25 Noyabr 2024 02:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















