ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynanı silah tədarükü proqramını və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti adı açıqlanmayan avropalı rəsmilərə istinadən məlumat yayıb.
Qəzetin mənbələrinin sözlərinə görə, oktyabrın 10-11-də ABŞ rəsmiləri bu məsələ ilə bağlı Avropanın bir sıra paytaxtlarına və Kiyevə bir neçə telefon zəngi ediblər.
Məlumata görə, Vaşinqton Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaqla yanaşı, Avropa ölkələrinin vəsaiti hesabına ABŞ-dən Ukrayna üçün silah alınmasını nəzərdə tutan PURL proqramını da dayandıracağı ilə bağlı xəbərdarlıq edib.
Mənbələrdən biri nəşrə bildirib ki, ABŞ rəsmiləri bu məsələ ilə bağlı Kiyevə və Avropanın müxtəlif ölkələrinə zəng ediblər.
“Financial Times”ın məlumatına görə, Vaşinqtonun əlaqə saxladığı şəxslər arasında Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müavini Pavel Palisa da olub.
Qəzet qeyd edib ki, Ağ Ev belə telefon zənglərinin edildiyini təsdiqləməkdən və məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 12 Oktyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















