Icma.az
close
up
RU
Axios : Vens Netanyahu ilə İran mövzusunda sərt danışıb

Axios : Vens Netanyahu ilə İran mövzusunda sərt danışıb

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

ABŞ-nin vitse-prezidenti J.D. Vens və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı Vaşinqtonda Yaxın Şərq siyasəti ilə bağlı fikir ayrılıqlarını müzakirə etmək üçün qapalı görüş keçiriblər.

Teleqraf xəbər verir ki, "Axios"un məlumatına görə, Amerika və İsrail rəsmiləri görüşün sakit və səmimi keçdiyini bildirsələr də, mənbələr fərqli fikirlər səsləndiriblər.

"Görüş "Blair House"da iki siyasətçi arasında davam edən gərginlik fonunda baş tutub. Müharibənin başlanğıcından bəri Vens ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsində Netanyahuya qarşı çıxan şəxslərindən biri hesab olunurdu. Münaqişə uzandıqca, vitse-prezident Amerikanın müharibə və İranla danışıqlar siyasətinin formalaşmasında rolunu artırdı. O, Netanyahunun əleyhinə çıxdığı ABŞ-İran anlaşma memorandumunun əsas tərəfdarlarından biri idi, baxmayaraq ki, İsrail Baş naziri açıq şəkildə memoranduma qarşı çıxmadı və onun ləğv olunacağına ümidini ifadə etdi. Razılaşmalar bir neçə həftədən sonra pozuldu.Vens və Netanyahu arasındakı fikir ayrılıqları tədricən dərinləşirdi. İsrailin Baş naziri vitse-prezidentin ictimai tənqidindən narazı idi. Vitse-prezident İsrail liderini İranla bağlı diplomatik təşəbbüsləri sabotaj etməyə çalışmaqda və Trampa kifayət qədər sədaqət göstərməməkdə günahlandırırdı. Vens isə öz növbəsində Netanyahunun İsrail və ABŞ-dəki tərəfdarlarının media vasitəsilə ona siyasi hücum etməyə və təsirini zəiflətməyə çalışdıqlarına inanırdı" - məlumatda qeyd olunur.

İsrailin yüksək vəzifəli rəsmisinin sözlərinə görə, görüş zamanı Netanyahu Vensin Təl-Əvivə qarşı son çıxışlarından və Respublikaçılar Partiyası daxilində fikir ayrılığından narahatlıqlarını dilə gətirib.

Bununla belə Vance və Netanyahu hər iki ölkə üçün vacib olan Yaxın Şərq məsələlərində ortaq maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

İki siyasətçi arasında gərginlik mart ayında telefon danışığı zamanı yaranmışdı. Vens Netanyahunun İrana qarşı müharibə ilə bağlı bəzi proqnozlarının özünü doğrultmamasından narazı olub.

Bu üzdən Vens Tramp administrasiyasının İrana diplomatik yanaşmanın ən səs-küylü tərəfdarlarından birinə çevrilib. O, dəfələrlə bildirib ki, ABŞ-nin əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq, eyni zamanda ölkəni uzunmüddətli hərbi kampaniyaya cəlb etməkdən yayınmaqdır.

İyun ayında Vens İranla bağlı diplomatik təşəbbüsləri tənqid edən İsrail hökumət rəsmilərinə İsrailin "yeganə güclü müttəfiqinə" hücum etməmələri barədə xəbərdarlıq etmişdi.

Daha sonra Co Roqanın podkastına verdiyi müsahibədə o, bəzi İsrail rəsmilərinin ABŞ-ni danışıqlardan imtina etməyə və müharibəni davam etdirməyə məcbur etmək üçün təsir kampaniyası apardığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyul 2026 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see397

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see377

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see349

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see349

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see340

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see335

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see332

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see330

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see311

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see307

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see288

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see281

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see281

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see276

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see262

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see248

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see247

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see238

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

12 Sentyabr 2026 18:35see231

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri