Icma.az
close
up
RU
“Axır ki, 34 il sonra görüşdük” Fotolar

“Axır ki, 34 il sonra görüşdük” Fotolar

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə həyat yoldaşı Xalid Quliyevlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi 34 il sonra qızı Aynişanın atasının şəhid olduğu torpaqlara getdiyini bildirib.

“O gün gəlib çatdı... Bu gün Aynişanım atasının şəhid olduğu torpağa 34 ildən sonra ilk dəfə qədəm qoydu. Bu yolu da çox gözlədik, bu günü də... Bütün Azərbaycan bu günü gözlədi. Nəhayət, küsmüş ruhlar şad oldu...

1992-ci ildə Ağdərənin yeddi kəndinin azad olunmasında müstəsna xidmətləri olan, üç döyüş yoldaşını xilas edərkən mühasirədən qayıtdığı yolda Ağdərənin Manikli kəndində minaya düşərək qəhrəmancasına şəhid olan millətin qəhrəman oğlu. Ruhu şad olsun...

Bu gün balası, ruhunun dolaşdığı torpaqlarda, ayağının basdığı, uğrunda döyüşdüyü yerlərdə idi. Yəqin ki, ruhu onu izləyirdi... Yəqin ki, bütün şəhidlərimizin ruhu bu gün orada idi.

Bu günü bizə yaşadan bütün şəhidlərimizin qarşısında dönə-dönə baş əyirik.

Sizin yarımçıq qalan arzularınızı, sizin uğrunda can verdiyiniz torpaqları geri alan qəhrəman oğullarımızın qarşısında da baş əyirik. Şəhidlərimiz... Qazilərimiz... Haqqınız ödənməzdir. Siz Vətənimizin haqqını aldınız. Bu gün onların ruhları sevinir. Sevinir ki, nəhayət, haqq öz yerini tapdı. Sevinir ki, torpaqlarımız azaddır. Sevinir ki, bayrağımız o müqəddəs torpaqlarda dalğalanır.

Kaş ki, atan sağ olaydı... Kaş ki, onun əlindən tutub bu torpaqlarda addımlayaydın, Aynişan... Kaş ki, sənə "Bala, bax, mən bu yerlərdə döyüşmüşəm” deyib, döyüşdüyü, qanını və canını verdiyi o cənnət torpaqları özü sənə göstərəydi. Amma eybi yox, təki Vətən sağ olsun!  Ruhun şad olsun, igid.

Bu gün balanın ayağı sənin uğrunda can verdiyin torpağa dəydi. Bəlkə də 34 il sonra bu görüşə göydən baxdın. Və bəlkə də ürəyindən yalnız bir söz keçdi, “Nəhayət, gəldin, balam”. Axır ki, 34 ildən sonra görüşdük” deyə, Aybəniz Haşımova yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://axsam.az
archiveBu xəbər 13 Sentyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri