Icma.az
close
up
RU
Binalarda elektrik sobalarına keçid tələbi nədir? Rəsmi

Binalarda elektrik sobalarına keçid tələbi nədir? Rəsmi

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Baş naziri tərəfindən 22 oktyabr 2026-cı il tarixində “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” təsdiq edilib. Strategiya ölkənin iqtisadi inkişafını davam etdirməklə iqlimə təsirin azaldılmasını, 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olunmasını nəzərdə tutur.

Bu sözləri Axar.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

“Xalis sıfır emissiya atmosferə buraxılan istixana qazlarının mümkün qədər azaldılması, qalan emissiyaların isə meşələr və digər təbii və texnoloji həllər vasitəsilə udulması ilə tarazlaşdırılması deməkdir.

Strategiya bu məqsədə doğru energetika, nəqliyyat, sənaye, neft-qaz, kənd təsərrüfatı, binalar və tullantıların idarə olunması sahələrində mərhələli dəyişiklikləri ehtiva edir. Praktik olaraq bu, günəş və külək enerjisindən istifadənin genişləndirilməsi, evlərdə və müəssisələrdə enerjiyə qənaət, daha təmiz nəqliyyatın inkişafı, neft-qaz sektorunda metan sızmalarının azaldılması, tullantıların çeşidlənməsi və təkrar emalı, meşələrin qorunması və bərpası kimi tədbirləri əhatə edir. Bu dəyişikliklər daha təmiz ətraf mühitlə yanaşı, yeni iş yerlərinin yaranmasına, müasir texnologiyaların tətbiqinə və iqtisadiyyatın rəqabət qabiliyyətinin güclənməsinə imkan yarada bilər.

Strategiyada 2035-ci ilədək istixana qazları emissiyalarının 1990-cı illə müqayisədə 40 faiz azaldılması hədəfi ilə 2060-cı il üçün uzunmüddətli baxış arasında əlaqə müəyyənləşdirilib. Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda “yaşıl enerji zonaları”nın inkişafı da bu keçidin mühüm istiqamətlərindəndir”, - o bildirib.

İradə İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli əlaqələndirici qurum qismində iştirakı və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti çərçivəsində hazırlanan sənədin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim edilməsi nəzərdə tutulur:

“Strategiya Azərbaycanın Paris Sazişi çərçivəsində qlobal iqlim səylərinə töhfəsini və uzunmüddətli inkişaf istiqamətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, tərəfdaşlar və investorlar üçün ölkənin prioritetlərini daha aydın və şəffaf şəkildə ortaya qoyacaq.

Strategiya COP29 çərçivəsində önə çəkilən iqlim hədəflərinin konkret fəaliyyətə çevrilməsi yanaşmasını milli səviyyədə davam etdirir. Bakıda iqlim maliyyəsi üzrə əldə olunmuş razılaşmalar və iqlim diplomatiyası çərçivəsində davam etdirilən beynəlxalq dialoq strategiyanın icrası üçün maliyyə və texnologiyalara çıxışın yaxşılaşdırılması, eləcə də tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Sənəddə vurğulanır ki, 2060-cı il hədəfinə çatmaq üçün beynəlxalq maliyyə dəstəyi, qabaqcıl texnologiyalara çıxış və onların ötürülməsi, güzəştli kreditlər, qrantlar və özəl investisiyalar mühüm əhəmiyyət daşıyır.

Keçidin uğuru həm də mütəxəssislərin hazırlanmasından, yeni bacarıqların inkişafından və cəmiyyətin iştirakından asılı olacaq.

Strategiyanın məqsədlərini ictimaiyyətə açıqlamaq üçün elmi müəssisə və təşkilatların, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ictimai təqdimatların təşkili nəzərdə tutulur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Oktyabr 2026 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri