Icma.az
close
up
RU
Axsaq atın kor nalbəndi

Axsaq atın kor nalbəndi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vardanyanın vəkilinin açıqlamaları beynəlxalq hüquqa ləkədir

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra bu işğalı legitimləşdirmək məqsədilə yaratdığı qondarma separatçı rejimin sonuncu “dövlət naziri” Ruben Vardanyanın vəkili Cared Qenser “Azadlıq” radiosunun Azərbaycan xidmətinə müsahibə verib. “Vardanyan ailəsinin beynəlxalq hüquq məsləhətçisi” kimi təqdim edilən C.Qenserin 21 dəqiqəlik müsahibə zamanı bir dəfə də olsun doğru-dürüst fikir səsləndirmədiyi diqqəti cəlb edir.

Sözsüz ki, onun ən böyük yalanı R.Vardanyanı və keçmiş separatçı rejimin digər “qlavar”larını “siyasi məhbus” adlandırmasıdır. Özünü vəkil adlandıran şəxs heç bir beynəlxalq insan hüquqları təşkilatının və dövlətin, o cümlədən Ermənistanın özünün də siyasi məhbus kimi tanımadığı şəxslərlə bağlı bu ifadəni işlətməklə gerçək simasını, xislətini və məsələlərə yanaşma tərzini bəri başdan ortaya qoyur. Yaxşı ki, aparıcı bu məqamı dərhal qabardır. C.Qenser isə buna cavab olaraq ciddi fakt ortaya qoya bilmir və deyir: “Məncə, onu siyasi məhbus adlandıran çoxlu təşkilat və şəxs olub. Məsələn, İrlandiyanın sabiq prezidenti və BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Meri Robinson, “Unilever” şirkətinin keçmiş baş direktoru Paul Polman və bir sıra digər tanınmış şəxslər... Yəni məncə, onu siyasi məhbus hesab etmək kifayət qədər asandır”.

Göründüyü kimi, vəkil M.Robinson və P.Polman istisna olmaqla, tanınmış şəxslərdən heç kəsin adını çəkə bilmir. Hansısa beynəlxalq təşkilatın və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərdiyini iddia edən qurumların adını isə ümumiyyətlə, dilə gətirə bilmir. Çünki belə təşkilatlar və şəxslər yox dərəcəsindədirlər. Adları çəkilən iki şəxsdən biri – P.Polman isə R.Vardanyanın Niderland əsilli biznes tərəfdaşıdır. Onlar birlikdə bir sıra layihələrdə iştirak ediblər. Həmçinin P.Polman R.Vardanyanın təşəbbüsü ilə verilən “Avrora” mükafatının seçim komissiyasının üzvlərindəndir.

Səksən yaşı bu ilin mayında tamam olan M.Robinsonun da R.Vardanyanı müdafiə etməsi təsadüfi deyil. O da “Avrora”nın seçim komissiyasının tərkibinə daxildir. Yeri gəlmişkən, qeyd edək ki, R.Vardanyan “Avrora” mükafatını Nubar Afeyan və Vardan Qriqoryanla birlikdə 2016-cı ildə təsis etmişdi. Tam adı “Bəşəriyyətin oyanışı üçün Avrora mükafatı” olan və “beynəlxalq humanitar mükafat” adlandırılan mükafat “erməni soyqırımı”ndan sağ çıxanlar adından verilir. Onun təqdimetmə mərasimləri 2016-cı il aprelin 24-dən etibarən hər il keçirilir. Laureat 1 milyon ABŞ dolları alır. Mükafatın seçim komitəsində dünyanın bir çox yerlərindən tanınmış şəxslər cəmləşiblər. O cümlədən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer də 2017-ci ildən “Avrora”nın seçim komitəsinin üzvü idi. Komitənin, ümumilikdə, 13 üzvü var. İndi həm M.Robinson, həm P.Polman, həm də S.Pauer və digərləri R.Vardanyanla vaxtilə mövcud olmuş sıx əlaqələri, daha doğrusu, ondan külli miqdarda pul almaları səbəbindən onun azadlığa çıxması üçün canfəşanlıq edirlər. Onların Vardanyanı müdafiə edəcəkləri əzəl gündən bəlli idi. Beləliklə, C.Qenser Vardanyanı onun dostlarından, biznes tərəfdaşlarından və pul kisəsindən asılı olanlardan başqa heç kimin “siyasi məhbus” hesab etmədiyini etiraf etmiş olur.

“Yalan ayaq tutar, yeriməz!” deyiblər. Zənnimizcə, bu atalar sözünü vəkilin dünyaya sırımaq istədiyi növbəti yalanlarla bağlı işlətmək yerinə düşər. O, daha sonra digər ermənipərəstlərin irəli sürdükləri, amma beynəlxalq ictimaiyyətə həqiqət kimi qəbul etdirə bilmədikləri “etnik təmizləmə” məsələsinin üstünə gəlir. C.Qenser bir qədər də irəli gedərək “bu kampaniya”nı mərhələlərə bölür. İddia edir ki, kampaniya 3 mərhələdən (?) ibarət olub və Vardanyan da kampaniyanın bir hissəsi kimi saxlanılıb. Guya, birinci mərhələdə 120 min (?) etnik erməni Azərbaycanın həmin bölgəsindən Ermənistana köçürülüb. İkincisi, “respublika”nın “dövlət qurumları” sistemli şəkildə dağıdılıb, “prezident hökuməti buraxmağa” məcbur edilib, üçüncüsü isə bölgənin 8 keçmiş rəhbərinin eyni ittihamlarla həbs olunmasıdır.

Beləliklə, C.Qenser hamıya aydın olan faktları utanıb-qızarmadan danır, yalanlarının, necə deyərlər, dozasını artırır. Birincisi, Qarabağın heç bir yerində etnik təmizləmə aparılmayıb. Bunu təsdiq etmək üçün ortada heç bir subut, fakt və arqument yoxdur! İkincisi, dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan rəsmən 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində etnik təmizləmə baş verdiyini iddia etməyib, habelə 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərini “etnik təmizləmə” kimi qiymətləndirməyib. Hətta, bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyan elə “Azadlıq” radiosunun erməni xidməti – “Azatutyun”a verdiyi geniş müsahibə zamanı Azərbaycanın hərbi əməliyyatının legitim olduğunu etiraf etmişdi. O demişdi: “İkinci Qarabağ müharibəsi başlananda biz çox üzüldük. Buna səbəb dünya ictimaiyyətinin hadisəyə bizim istədiyimiz kimi reaksiya verməməsi idi. Səbəb də legitimliyin olmaması, daha doğrusu, bizim tərəfimizdən legitimliyin olmaması idi. Azərbaycan BMT-nin 3-4 qətnaməsi əsasında Qarabağda əməliyyat keçirib”.

Qarabağdan Ermənistana köçənlərin sayına gəldikdə isə Qenser bu məsələdə də uydurmaya yol verir. Məsələ ondadır ki, Ermənistan hökumətinin açıqladığı rəqəmlərdə Qarabağdan getmiş hayların sayının 101 848 nəfər olduğu qeyd edilir. Nəzərə almaq lazımdır ki, bu, şişirdilmiş rəqəmdir. Ən yaxşı halda söhbət 55-60 min “artsaxlı”dan gedir. Sözsüz ki, vəkilin 120 min rəqəmini səsləndirməsi hadisənin miqyasının daha böyük olduğunu göstərməyə xidmət edir.

“Etnik təmizləmə”nin üç mərhələdən ibarət olması fikrinə gəldikdə isə deməliyik ki, hansısa “etnik təmizləmə” olmadığı kimi onun mərhələləri də olmayıb. Azərbaycan Ordusu öz ərazisində uzun illər mövcud olmuş qanunsuz silahlı xunta rejiminin varlığına elə onların öz başa düşdükləri dildə – silah gücünə son qoyub. Buna qədər isə, yəni, təxminən, 3 il ərzində rejimin özünü buraxması istiqamətində çoxlu çağırışlar edilib. Onlara ən yüksək səviyyədə bildirilib ki, “miatsum” kitabı, separatizmin kitabı bağlanıb. Müstəqillik xülyası statusun dalınca gedib. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı lazım olan yerə göndərmişik. Bildirilib ki, separatçı “liderlər” qondarma rejimi ləğv edəcəkləri, tərk-silah olacaqları, Azərbaycanın normal, loyal vətəndaşları olacaqları təqdirdə amnistiyadan söhbət gedə bilər. Ancaq onlar bundan nəticə çıxarmadılar və yenə də xaricdəki havadarlarına arxayın olaraq xilas ola biləcəklərinə dair son şansı əldən verdilər. Beləliklə, Azərbaycan Ordusu antiterror tədbirləri keçirmək məcburiyyətində qalıb və cəmi bir sutka davam edən tədbirlər rejimin təslim olmasına, necə deyərlər, “ağ bayraq” qaldırmasına səbəb olub. Bu tədbirlərin məntiqi nəticəsi olaraq, qondarma rejimin sonuncu “qlavarı” onun 2024-cü il yanvarın 1-dən öz mövcudluğunu dayandırması barədə “fərman” imzalayıb.

Daha bir məntiqi nəticə isə rejimə rəhbərlik edənlərin, bu qədər qanın axmasına, azərbaycanlıların böyük müsibətlər yaşamasına bilavasitə səbəb olan şəxslərin saxlanılmasıdır. Onların həbsi olmadan bizim işimiz yarımçıq olardı. Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdi fikirlərdən iqtibas gətirmək yerinə düşər: “Bilirsiniz, bizim tarixi Qələbəmiz o qədər parlaq idi və cəmi bir neçə saat ərzində davam edən əməliyyat nəticəsində suverenliyimiz bütün ərazidə bərpa olunanda bunu bəziləri qavraya da bilmədilər. O qədər tez bir zamanda başladı və sona çatdı və eyni zamanda, bu parlaq Qələbə fonunda o personajların da tutulması bir qədər kölgədə qaldı. Halbuki bu, özlüyündə böyük tarixi hadisədir. Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər. Onların arasında Qarabağda olmuş bütün “keçmiş liderlər”, ondan sonra Qarabağa ixrac edilmiş “baş nazir” və digərləri var. Təkcə o qruplaşmada iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır”.

Dövlətimizin başçısı qeyd etmişdi ki, bu, doğrudan da ədalətin Zəfəridir: “Mən deyəndə ki, ədalətə inanmaq və ədaləti təmin etmək üçün mübarizə aparmaq lazımdır, məhz bunu nəzərdə tuturdum. Onların heç ağlına gələ bilməzdi ki, bir gün onlar Bakıda çay içmək istəyini belə reallaşdıracaqlar, istintaq təcridxanasında oturacaqlar və ədalət məhkəməsinin qərarını gözləyəcəklər”.

Yeri gəlmişkən, onu da bildirək ki, separatçılar, həqiqətən də, tanklarla Bakıya gəlib burada çay içəcəklərini bildirmişdilər. Onlar “haqlı” çıxdılar. Onların tankları bu gün Bakıda, Hərbi Qənimətlər Parkındadır. Özləri isə istintaq təcridxanasında çay içirlər. Aralarında olan bir nəfər – keçmiş xunta rejiminin “xarici işlər naziri” David Babayan isə Azərbaycanı Qarabağda bayrağını dalğalandırmaq üçün Xankəndidə səfirlik açmağa çağırmışdı. Bu gün Azərbaycan Bayrağı Qarabağın hər bir yaşayış məntəqəsində inamla dalğalanır. Babayana isə Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından Dövlət Bayrağı Meydanında dalğalanan Dövlət bayrağımızı seyr etmək qalır.

Ancaq tarixin acı ironiyaları belələrinə dərs olmur. Dərs olsaydı, vəkil C.Qenser R.Vardanyan kimisinə vəkil olmağa razılaşmaz, yaxud verdiyi müsahibədə “Vardanyan ona görə təqib və həbs edilib ki, o, özünün fikir və ifadə azadlığından, sərbəst toplaşmaq və siyasi iştirak hüquqlarından istifadə edib” sözlərini deməzdi. Onun aparıcının faktları təqdim etməsindən yayınması isə cılızlığının göstəricisidir. Ümumiyyətlə, müsahibəni izləyərkən vəkilin çox həyasız birisi olduğu qənaətinə gəlmək olur. “YouTube” videohostinqində şərhlərdə də Qenserin ünvanına yazılmış “çox həyasız insandır” sözü diqqətimizi cəlb etdi. Onun aparıcının faktlara söykənən suallarına əsəbi cavab verməsi də arqumentsizliyinin göstəricisi sayıla bilər. Ümumiyyətlə, vəkil adı daşıyan bu adamın açıqlamaları hüquq elmi adına ləkə kimi qiymətləndirilməlidir. Beynəlxalq hüquqla Azərbaycanın suveren əraziləri kimi tanınan torpaqlarla bağlı hətərən-pətərən danışanın fikirlərini başqa cür dəyərləndirmək mümkün deyil.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Vardanyanın vəkilinin müsahibəsinə özünün teleqram kanalında münasibətini açıqlayıb. “Azadlıq radiosu bunu da etdi!” sərlövhəli paylaşımda bildirilib ki, ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq” radiosu, onun Azərbaycan xidməti Vardanyanın vəkili üçün platforma təqdim edib. Vəkil isə öz növbəsində aparıcını sözün məcazi mənasında əzib, onu yerinə oturdub: “Aparıcının sualları o qədər zəif idi ki, məndə bunun qəsdən edildiyi barədə qəti fikir formalaşdı. Bununla yanaşı, söhbət, daha dəqiq desək, Vardanyanın vəkilinin, bu yaramazın monoloqlarını dediyi yerlər videolarla müşayiət olunurdu ki, buna heç bir ehtiyac yox idi. Əgər bu müsahibə “hard talk” (“sərt danışıq”) üslubundadırsa, o zaman aparıcı israrlı olmalı idi. Daha jurnalist olduğunu, özünün fikrinin olmadığını tutuquşu kimi təkrar etməməli idi. Bu əclaf isə bütün tezislərini ağzından çıxarıb dərhal sağollaşdı...”

F.Məmmədov bildirib ki, Vardanyan da cinayət ortaqları kimi Azərbaycan cəzaçəkmə müəssisəsində çürüyəcək. Antiterror tədbirlərinin baş verməsi bilavasitə onların əməllərinin nəticəsidir.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 01:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see176

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see159

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see156

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see144

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri