Icma.az
close
up
RU
NYT: “Makron “axsaq ördəyə” çevrilir

NYT: “Makron “axsaq ördəyə” çevrilir

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşrinin iddiasına görə, Lekornyu ən azı Makronun siyasi partiyalarla danışıqlar aparmaq barədə son çarəsiz tapşırığının öhdəsindən gəlməsə, Fransa prezidenti küncə qısınacaq. Yeni parlament seçkiləri keçiriləcəyi halda isə Marin Le Penin “Milli Birlik” ifrat sağçı partiyasının nüfuzu aratcaq.
“Fransada siyasi böhran konstitusiya böhranına qədər yüksəlib. Onilliklər ərzində Beşinci Respublika ya prezidenti dəstəkləyən sabit parlament çoxluğu ilə, ya da “birgə yaşayış” institutu ilə rəsmiləşdirilmiş müxalifət çoxluğu əsasında fəaliyyət göstərib”, - qəzetdə dərc oluan materialda deyilir.
Lakin hazırda Milli Assambleya (parlamentin aşağı palatası) faktiki olaraq müqayisə edilə bilən üç bloka bölünür: Marin Le Penin başçılıq etdiyi sağçı millətçilər; daha çox “İtaətsiz Fransa” partiyasının lideri Jan-Lük Melanşonla təmsil olunan sol və ifrat solçular; prezident Makrona rəsmi dəstək verən lakin ona qarşı loyallığının azalamsının nəzərə çarpdığı mərkəzçi koalisiya.
Bu şəraitdə Fransada son iki ildən az bir müddətdə beş hökumət dəyişdiyini xatırladan “NYT” ölkənin siyasi sistemin sabitliyinin pozulması vəziyyətinə düşdüyünə diqqət çəkir. .
Avropanın “Politico” nəşri, öz növbəsində, qeyd edir ki, Fransada siyasi qeyri-sabitlik Aİ-nin zəifləməsinə və avrozonada iqtisadi vəziyyətin pisləşməsinə səbəb ola bilər.
- Uğursuzluğa düçar olmaq üçün çox böyük ölkədir, ona görə də bu sonsuz qeyri-sabitlik bütün avrozonanı risk altında qoyur. Sözügedən məsələ bugünkü söhbətlərin əsas mövzusudur”, - adı açıqlanmayan avropalı diplomat nəşrə bildirib.
Aİ ölkələrindən birindəki məmur isə avrozonanın iqtisadiyyatının onsuz da çox narahatlıq doğurduğunu söyləyib.
Lekornyu: “İstefamın 3 əsas səbəbi var” Brüsseldə bir sıra diplomatlar Fransa prezidenti Emmanuel Makronun Aİ-də mövqeyinin zəiflədiyi, onun özünün isə “axsaq ördək” kimi qəbul olunmağa başladığı barədə fikirlər səsləndiriblər.
Eyni zamanda, Avropa strukturlarındakı mənbələrin sözlərinə görə, Fransada mümkün erkən seçkilərin keçirilməsi 2027-ci ilə planlaşdırılan ümumavropa seçkilərinə qədər təsdiq edilməli olan Aİ-nin uzunmüddətli büdcəsinə dair razılaşmanı çətinləşdirəcək.
Yüksək vəzifəli rütbəli bir avropalı məmurun fikrincə, Fransada müxalifət qüvvələrinin qələbəsi büdcə parametrlərinin müzakirəsini ləngidə və ya hətta əngəlləyə bilər.
Bundan əlavə, Fransadakı siyasi qeyri-sabitlik bir sıra beynəlxalq təşəbbüslərə, o cümlədən Almaniya və Böyük Britaniyanın iştirak etdiyi layihələrə, məsələn, “könüllülər koalisiyası”na təsir göstərəcəyi istisna olunmur.
“Davam edən təhlükəsizlik gərginliyi kontekstində Aİ-nin əsas ölkələrindən biri olan Fransada daxili sabitliyin olmaması həyəcan siqnalı kimi qəbul edilir”, - avrozona ölkələrindən birinin nümayəndəsi vurğulayıb.
Bununla belə, Fransanın özündə baş nazir Sebastyan Lecornyunun istefası inzibati dairələrdə ciddi narahatlıq yaratmayıb. Hökumətin iqtisadi blokundakı mənbələrin bildirdiyinə görə, çətin siyasi vəziyyətə baxmayaraq, “pilot öz kabinəsində qalır” və hökumətin əsas sahələri nəzarət altında saxlanır.
Xatırladaq ki, sentyabrın 9-da bu vəzifəyə təyin edilmiş Fransanın baş naziri Sebastyan Lekornyu oktyabrın 6-da istefa verib. Beləliklə də, Fransada hökumət böhranı yeni mərhələyə qədəm qoyub.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Oktyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri