Axtarışa verilən 7 nəfərdən biri “Diriliş Ərtoğrul”un aktyorudur
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, ötən gün Baş Prokurorluq Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini radikalizm zəminində zorakılığa çağırışlar etdiklərinə görə Türkiyədə yaşayan 7 nəfəri beynəlxalq axtarışa verib.
“Qafqazinfo”nun məlumatına görə, axtarışa verilən şəxslərdən birinin aktyor Abdurrahman Tumer olduğu müəyyənləşib.
Azərbaycan əleyhinə çağırışları ilə gündəmə gələn A.Tumer həm də şair, yazıçı, ssenarist və televiziya şərhçisidir. O, daha çox “Diriliş Ərtoğrul” tarixi serialındakı Bey obrazı ilə tanınır.
Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən Türkiyədə fəaliyyət göstərən bir sıra şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə ölkəmizə qarşı dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məzmunlu materiallar yaymalarına görə barələrində beynəlxalq axtarış elan edilib. Onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual tədbirlərin görülməsi təmin ediləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 20 Oktyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















