Icma.az
close
up
RU
Diriliş Turan

Diriliş Turan

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

(Poetik-mifik kompozisiya)

"Türküstan" şair-publisist, Prezident təqaüdçüsü Tural Turanın "Diriliş - Turan" poetik-mifik kompozisiyasını təqdim edir

Yenə işıldayır çolpanın* şamı,

Kimlərsə sevinir göyün üzündə.

Buluddan köçünü çəkən axşamın,

Sökülür ləkəsi Ayın üzündən.

Yenə nal səsilə açılır səhər!

Yoxuşu gərnəşir bozqır çöllərin.

Hardasa darıxır islanmış yəhər,

Köçünə hələ var, ağır ellərin?!.

Danyeri oyanır təklik himninə -

Döyür göy üzünü yalquzaq səsi.

Yovşan qoxusunu geyir əyninə,

Üzünü axtaran öz uzaq səsim!

Səma yaşmağını açır üzündən,

Günəş işığını öpür alaçıq.

Yenə bozqırların qapısı açıq,

Savaş gülümsəyir ayaq izindən...

...Andlar qol götürür toy çadırında,

Dualar oynayır, alğış oynayır.

Təzə birlik doğur bəy çadırında,

Buludun üstündə yağış oynayır.

Çözülür düyünü əski ağ sacın,

Bozqırla barışır küsülü buta!

Açır çiçəyini şaman ağacı,

Qoxusu yüksəlir bizim boyuta!..

Azan səsi minarədən göz vurur,

Bənizi ağaran kilsə zənginə!

Acun* savaşına kimsə söz vurur,

İşarə eyləyir Turan cənginə!

Ocağı çatılır Tanrıdağın da;

(Alınyazısının istisinə bax!)

Qurdlar ova çıxır öz oyuğundan -

Səsinə diksinir yuxulu bayraq!

Yenə ağrıların yanağı soluq,

Suç öz kölgəsinə hayqırır: kiri!

İtkin ayaq izi qayıdır geri,

Beləcə başlayır böyük yolçuluq...

Oyanır yaddaşı Ayın, Günəşin -

Külək təslim olur, diz çökür boran!

Qıcanır yağıya qurdun süd dişi,

Körpə gülüşündə qurulur Turan!

7 may 2026,
Şəmkir, Ağlavaşlı

*çolpan - qütb ulduzu

*acun - dünya

Quruluş - Turan

...Turan rənglərinə bürünür cahan;

Bir yaz havasında Turan qurulur!

Uşaq davasında Turan qurulur!

Sərçə yuvasında Turan qurulur!

...Biçarə gedişat axı, neyləsin?

Özgə rənglərində sürünür cahan...

Turan - Tanrıdağa iməkləyən yol!

(Tanrı, Turan üçün bir də çox sağ ol!)

...Sökülür dünyanın əski düzəni!

Tanrı da Turana çağırır məni!

Nal notu duyulur azan səsində,

Bu yeni düzənin təranəsində!

...Göy Bayraq ucalır Qaraqorumda,

Kərkükdə, Ufada, şanlı Kırımda...

Ucalır Gəncədə Turan avazı!

Çıxır köynəyindən Borçalı sazı,

Birliyə çağırır "Yanıq Kərəmi" -

Silir yaddaşından kədəri, qəmi!

Bu səhər Komrat da gözündən gülür,

Turan köynəyini geyir Qaqauz!

Dunay dalğasından butalar hörür,

Çiyin-çiyinədi Qıpçaqla Oğuz!

Bişkekdə sökülür qış çadırları,

Yaddaşı tozlanmış düş* çadırları!

Daşkənd Ərdəbilə salam göndərir,

Babək əsən yelə kəlam göndərir;

Teymur Bəyazidə -ah... bu ah - deyir -

Çıxır canımızdan bu günah deyir...

Çiçəklər içində gülür Astana,

Turanın Birliyi dönür dastana!

Yenə küllərindən doğur Aşqabad;

Türkmən bəylərinin könülləri şad...

Təbrizdən Dərbəndə çatılır ocaq

Urmu Göyçəgölə açır min qucaq!

Urumçidən Vana yollar çəkilir

Turandan baxanda dünya kiçilir...

Yenə Lefkoşada, Priştinada

Körpələr söyləyir Turan marşını!

Dünya zalımların atır daşını;

Turan nədir? - deyə, soruşur noqay,

Tuva cavab verir: Zalım dünyada,

Ruhu kirlənməmiş ən özgür ada!

...Fəqət, narahatdı bəşər şeytanı,

Turanın önündə acizdir gücü!

Başsız ilanların ulduzu yanır -

Bilir, amansızdı Türklüyün öcü*!..

Gülür dilənçilər, əlindən gülür;

Bülbüllər gül üstə dilindən gülür.

Turan vətəndaşı olur göy üzü;

Qayıdır özünə huşun key üzü...

8 may 2026, Şəmkir

*düş -yuxu

*öc – intiqam

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 May 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri