Icma.az
close
up
RU
Axundun qaçırdığı 16 yaşlı qızın atası DANIŞDI

Axundun qaçırdığı 16 yaşlı qızın atası DANIŞDI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu qız qaçırıb.

Modern.az Musavat.com-a istinadən məlumat verir ki, axund Tahirov Turab Əliqan oğlu məscidə Quran dərsinə gələn 16 yaşlı qız uşağını qaçırıb.

Qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Qaçırılan qızın atası Emin Babayev hadisənin təfərrüatlarını danışıb.

– Emin bəy, hadisə nə zaman baş verib?

– İyun ayının 17-də.

– Qızınız həmin məscidə çoxdan gedirdi?

– Bəli. Uşaq vaxtından.

– Quran kursunu uşaqlara axund keçirdi?

– Xeyr. Əvvəl başqa müəllimə idi. İndi Ayşəgül müəllimənin yanına gedirdi.

– Axund qızınızı həmin məsciddə görüb, tanıyıb?

– Bəli. Axundun 3 il olardı ki, məscidə təyinatı verilmişdi. Burada da yaşayırdı. Əslən Göyçaydandır.

– Axund ailəli idi?

– Ailəli olub. Bir ildən çoxdur ki, boşanıb. Çox yaxşı, mədəni, qanacaqlı xanımı var idi. Onu döyürdü, işgəncə verirdi. Sonra da boşandılar.

– Qızınız evdən ən son nə zaman çıxmışdı? Evdən çıxanda onu kim görüb?

– İyunun 17-də, günorta saat 3-4 radələrində evdən çıxıb. Son zəngə görə, mağazadan paltar götürmüşdü. Bacısı görüb, soruşub ki, hara gedirsən? Deyib ki, paltarları verib qayıdıram. Bacısı anaya, ataya məlumat verməsini istəyib. Qızım deyib ki, zəng vurub deyəcək.

– Qızınızın telefonu var idi?

– Dərslərinə görə telefon almışdım. Dərslərinə də marağı var idi.

– Axundu sonuncu dəfə qəsəbədə nə zaman görüblər?

– Həmin gün qəsəbədə görüblər. Ondan bir gün əvvəl də qəsəbədə olub. Mən cümə namazlarına həmin məscidə gedirdim. Amma son iki cüməyə gedə bilməmişdim. Çünki iş günümə düşmüşdü. Amma qəsəbə camaatı həmin günə qədər axundu məsciddə də, qəsəbədə də görüb.

– Siz polisə nə zaman məlumat verdiniz?

– Elə həmin gün “102 xidməti”nə zəng elədim. Özüm də təcili olaraq Göyçaya getdim ki, qızım orada olar. Ora getdim, gecə qapılarını döydüm, amma açan olmadı. Rayon polisinə gedib məlumat verdim. Dedilər ki, bizim ərazi olmadığına görə şikayətə baxa bilmərik. Səhər yenə də axundun evinə getdim. Anası və qardaşı evdə idilər. Amma dedilər ki, Turabdan xəbərləri yoxdur. Bilirəm ki, yalan deyirlər.

– Abşerona gələndə polisə izahat verdiniz?

– Bəli. Təhqiqatçı Tuncay müəllim izahatımı aldı. Sonra məlum oldu ki, İsmayıllıda Turabın və qızımın ifadəsini alıblar. Tuncay müəllim də onlara dedi ki, siz necə onların ifadəsini ala bilərsiniz? Dedilər ki, İsmayıllı polisində İlkin adında təhqiqatçı onlardan ifadə alıb. Mən də etiraz etdim ki, ərazi Abşerondursa, qızım orada necə ifadə verə bilər? Eşitdiyimə görə Turabın vəzifəli qohumu var. Ona güvənərək bu işi bağlamaq istəyir. Çalışırlar ki, işi elə təqdim etsinlər ki, guya qızım könüllü qaçıb. 16 yaşlı qız necə könüllü qaça bilər? Mən ailəsi, atası olaraq buna razı deyiləm. 

– Axundun qızınızı daha əvvəl narahat etməsi ilə bağlı hansısa məlumatınız olub?

– 4-5 ay əvvəl bir nəfər xanımı bizim evə göndərmişdi. Həmin xanım bizim qəsəbədə müəllimədir. Xanım deyirdi ki, Turabın qızınızdan xoşu gəlir və elçi göndərmək istəyir. Mən də mədəni şəkildə xanımı yola saldım. Başa saldım ki, qızım uşaqdır. Biz heç vaxt buna razı olmarıq.

– Qızınızla bu haqda danışdınız?

– Danışdım. Qızıma hirslənmədim də. Onu başa saldım ki, bu düzgün bir iş deyil. Turab onun atası yaşındadır. Turabın 37 yaşı var. Həm də qızım təhsil almağa həvəsli idi. Biz də ona dəstək olurduq. Bilmirəm, necəsə qızımı aldadıb.

– Axundla bu barədə danışdınız?

– Danışdım. Onu da başa saldım ki, bu mümkünsüz bir şeydir. Onu da vurmadım, təhqir eləmədim, artıq söz demədim. Turab məndən üzr istədi, səhv etdiyini dedi. Mən də düşündüm ki, bu məsələ həll oldu.

– Qızınız evdən çıxanda özü ilə hansısa əşyalarını götürüb?

– Telefonu özündə olub. Əlində olan çantada dəqiq olaraq nə olduğunu bilmirik. Amma şəxsiyyət vəsiqəsi də evdə yoxdur.

– Şəxsiyyət vəsiqəsi evdə olurdu?

– Həmişə evdə olurdu. Düşünürəm ki, gedəndə götürüb.

– Qızınızı məscidə gedəndə qaçırıblar? Kameralara baxmısınız?

– Məscidin kameralarına baxmağa getmişdik. Turab axund otağının qıfılını da dəyişmişdi. Qıfılı açıb otaqda kameralara baxmaq istədik. Məlum oldu ki, kameranın yaddaş blokunu da götürüb. Qəsəbədən necə və nə ilə getdiklərini bilmirəm.

– Hazırda qızınızın harada olması ilə bağlı məlumatınız və ya ehtimalınız varmı?

– Xeyr. Heç bir məlumatımız yoxdur. Mən dövlətimizdən, polisimizdən xahiş edirəm ki, qızımı tapsınlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri