Icma.az
close
up
RU
Axundun qaçırdığı 16 yaşlı qızın atası: Elçi də göndərmək istədi, razı olmadıq

Axundun qaçırdığı 16 yaşlı qızın atası: Elçi də göndərmək istədi, razı olmadıq

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu qız qaçırıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, axund Tahirov Turab Əliqan oğlu məscidə Quran dərsinə gələn 16 yaşlı qız uşağını qaçırıb.

Qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Qaçırılan qızın atası Emin Babayev Musavat.com-a müsahibəsində hadisənin təfərrüatlarını danışıb.

Emin bəy, hadisə nə zaman baş verib?

– İyun ayının 17-də.

Qızınız həmin məscidə çoxdan gedirdi?

– Bəli. Uşaq vaxtından.

Quran kursunu uşaqlara axund keçirdi?

– Xeyr. Əvvəl başqa müəllimə idi. İndi Ayşəgül müəllimənin yanına gedirdi.

Axund qızınızı həmin məsciddə görüb, tanıyıb?

– Bəli. Axundun 3 il olardı ki, məscidə təyinatı verilmişdi. Burada da yaşayırdı. Əslən Göyçaydandır.

– Axund ailəli idi?

– Ailəli olub. Bir ildən çoxdur ki, boşanıb. Çox yaxşı, mədəni, qanacaqlı xanımı var idi. Onu döyürdü, işgəncə verirdi. Sonra da boşandılar.

Qızınız evdən ən son nə zaman çıxmışdı? Evdən çıxanda onu kim görüb?

– İyunun 17-də, günorta saat 3-4 radələrində evdən çıxıb. Son zəngə görə, mağazadan paltar götürmüşdü. Bacısı görüb, soruşub ki, hara gedirsən? Deyib ki, paltarları verib qayıdıram. Bacısı anaya, ataya məlumat verməsini istəyib. Qızım deyib ki, zəng vurub deyəcək.

Qızınızın telefonu var idi?

– Dərslərinə görə telefon almışdım. Dərslərinə də marağı var idi.

Axundu sonuncu dəfə qəsəbədə nə zaman görüblər?

– Həmin gün qəsəbədə görüblər. Ondan bir gün əvvəl də qəsəbədə olub. Mən cümə namazlarına həmin məscidə gedirdim. Amma son iki cüməyə gedə bilməmişdim. Çünki iş günümə düşmüşdü. Amma qəsəbə camaatı həmin günə qədər axundu məsciddə də, qəsəbədə də görüb.

Siz polisə nə zaman məlumat verdiniz?

– Elə həmin gün “102 xidməti”nə zəng elədim. Özüm də təcili olaraq Göyçaya getdim ki, qızım orada olar. Ora getdim, gecə qapılarını döydüm, amma açan olmadı. Rayon polisinə gedib məlumat verdim. Dedilər ki, bizim ərazi olmadığına görə şikayətə baxa bilmərik. Səhər yenə də axundun evinə getdim. Anası və qardaşı evdə idilər. Amma dedilər ki, Turabdan xəbərləri yoxdur. Bilirəm ki, yalan deyirlər.

Abşerona gələndə polisə izahat verdiniz?

– Bəli. Təhqiqatçı Tuncay müəllim izahatımı aldı. Sonra məlum oldu ki, İsmayıllıda Turabın və qızımın ifadəsini alıblar. Tuncay müəllim də onlara dedi ki, siz necə onların ifadəsini ala bilərsiniz? Dedilər ki, İsmayıllı polisində İlkin adında təhqiqatçı onlardan ifadə alıb. Mən də etiraz etdim ki, ərazi Abşerondursa, qızım orada necə ifadə verə bilər? Eşitdiyimə görə Turabın vəzifəli qohumu var. Ona güvənərək bu işi bağlamaq istəyir. Çalışırlar ki, işi elə təqdim etsinlər ki, guya qızım könüllü qaçıb. 16 yaşlı qız necə könüllü qaça bilər? Mən ailəsi, atası olaraq buna razı deyiləm.

Axundun qızınızı daha əvvəl narahat etməsi ilə bağlı hansısa məlumatınız olub?

– 4-5 ay əvvəl bir nəfər xanımı bizim evə göndərmişdi. Həmin xanım bizim qəsəbədə müəllimədir. Xanım deyirdi ki, Turabın qızınızdan xoşu gəlir və elçi göndərmək istəyir. Mən də mədəni şəkildə xanımı yola saldım. Başa saldım ki, qızım uşaqdır. Biz heç vaxt buna razı olmarıq.

Qızınızla bu haqda danışdınız?

– Danışdım. Qızıma hirslənmədim də. Onu başa saldım ki, bu düzgün bir iş deyil. Turab onun atası yaşındadır. Turabın 37 yaşı var. Həm də qızım təhsil almağa həvəsli idi. Biz də ona dəstək olurduq. Bilmirəm, necəsə qızımı aldadıb.

Axundla bu barədə danışdınız?

– Danışdım. Onu da başa saldım ki, bu mümkünsüz bir şeydir. Onu da vurmadım, təhqir eləmədim, artıq söz demədim. Turab məndən üzr istədi, səhv etdiyini dedi. Mən də düşündüm ki, bu məsələ həll oldu.

Qızınız evdən çıxanda özü ilə hansısa əşyalarını götürüb?

– Telefonu özündə olub. Əlində olan çantada dəqiq olaraq nə olduğunu bilmirik. Amma şəxsiyyət vəsiqəsi də evdə yoxdur.

Şəxsiyyət vəsiqəsi evdə olurdu?

– Həmişə evdə olurdu. Düşünürəm ki, gedəndə götürüb.

Qızınızı məscidə gedəndə qaçırıblar? Kameralara baxmısınız?

– Məscidin kameralarına baxmağa getmişdik. Turab axund otağının qıfılını da dəyişmişdi. Qıfılı açıb otaqda kameralara baxmaq istədik. Məlum oldu ki, kameranın yaddaş blokunu da götürüb. Qəsəbədən necə və nə ilə getdiklərini bilmirəm.

Hazırda qızınızın harada olması ilə bağlı məlumatınız və ya ehtimalınız varmı?

– Xeyr. Heç bir məlumatımız yoxdur. Mən dövlətimizdən, polisimizdən xahiş edirəm ki, qızımı tapsınlar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 İyun 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see137

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see130

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see129

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see127

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see123

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see123

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see121

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see118

3 qüvvə hərəkətə keçir: İranda bu dövləti qurmaq istəyirlər DETALLAR

19 İyun 2025 10:46see118

Tottenhem milli üzvü üçün 60 milyon funt sterlinq ödəməyə hazırdır

19 İyun 2025 17:14see116

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see116

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see115

DİN in mətbuat xidmətinin məlumatı

19 İyun 2025 11:42see114

Abşeronda qadını vəhşicəsinə döyüb, qarət etdilər

19 İyun 2025 11:02see113

Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət

19 İyun 2025 04:48see112

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see112

İTKİN DÜŞMÜŞ DAHA BİR ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ FOTO

19 İyun 2025 10:06see111

Vladimir Putin: Xəzərin dayazlaşması məsələsini İlham Əliyev qaldırıb, dərhal onu dəstəkləmişəm

19 İyun 2025 09:07see111

Kahramanmaraşda Prezident İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb

19 İyun 2025 21:44see110

Aygün Kazımovanın qızını görənlər tanımadı FOTOlar

19 İyun 2025 05:05see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri