Icma.az
close
up
RU
“Ay camaat, içirsinizsə, təmiz araq için” Rəşid həkim yenə çağırış etdi

“Ay camaat, içirsinizsə, təmiz araq için” Rəşid həkim yenə çağırış etdi

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanınmış həkim, fizioloq Rəşid Mahmudovun araq reklam etməsi onu tənqid hədəfi edib. Bir neçə gün öncə spirtli içki istehsal edən zavodu tərifləməsi və insanlara “təmiz araq” içməyi tövsiyə etməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları bu addımı həkimə yaraşdırmadığını qeyd edib.

R.Mahmudov bu mövzuda açıqlama verib, məsələyə aydınlıq gətirmək istəyib. Buna baxmayaraq yenə də onu tənqid edənlər dayanmır.

Sosial şəbəkələrdə hər gün bu haqda müzakirələr aparılır. Məsələ ilə bağlı Globalinfo.az Rəşid Mahmudovla əlaqə saxlayıb.

Tanınmış həkimin fikrincə, insanlar onun niyə arağı reklam etdiyini başa düşməyiblər.

O, bunu sağlamlıq baxımından tövsiyə etdiyini bildirib:

“Baxın, bu gün bizim zirzəmilərdə araq çəkirlər və onlar çox zərərlidir. Arağı spirti ilə tanıyırlar. O adamlar neftdən spirt çəkildiyini bilirlər? Mənəvi dəyərlərə görə müsəlman olduğumuz üçün spirtli içki də qəbul etməməliyik. Lakin hamımız da yaxşı bilirik ki, ölkədə kifayət qədər içən var. Həmin o şəxslərin əksəriyyəti də zirzəmilərdə neft tullantılarından çəkilən araqları içib qaraciyər, mədə, böyrək xəstəliklərindən əziyyət çəkirlər”.

Rəşid Mahmudov arağın bəzi xəstəlikləri müalicə etdiyini deyib:

“Taun və başqa xəstəliklər var ki, onu yalnız təmiz araq müalicə edir. Hətta elə şəhər var ki, taun xəstələrinə sağalması üçün keyfiyyətli arağı pulsuz verir. Mən də demək istəyirəm ki, ay camaat, içirsinizsə, təmiz araq için. Onsuz da içməyin desəm də, onlar spirtli içki qəbul edəcəklər. Ona görə də deyirəm ki, içirsinizsə, keyfiyyətlisini için. Ən yaxşı və təmiz araq taxıldan hazırlanandır. Mən kiməsə deməmişəm get iç. İndi içənlərə hansı arağı içməyin məsləhət olduğunu deyim, yoxsa deməyim? İnsana yazığım gəldiyi üçün demişəm də. Vallah, mən də içkiyə qarşıyam, ölkəmizdə mənə görə spirtli içkilər olmamalıdır. Amma var! Dediyim qalır kənarda, məni söyməklə məşğuldurlar”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Aprel 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri