Icma.az
close
up
RU
“Rəşid doktor” görün nəyi reklam etdi “Bu arağı için...”

“Rəşid doktor” görün nəyi reklam etdi “Bu arağı için...”

Icma.az bildirir, News24 portalına istinadən.

Tanınmış həkim, fizioloq Rəşid Mahmudovun spirtli içki istehsal edən bir zavodu açıq şəkildə tərifləməsi və insanlara "təmiz araq" içməyi tövsiyə etməsi cəmiyyətdə geniş rezonans doğurub.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, Rəşid Mahmudovun bu sözləri bəziləri tərəfindən yerli istehsalın təşviqi kimi qəbul edilsə də, digərləri hesab edir ki, bir həkimin belə bir reklam xarakterli çıxışı xüsusilə də spirtli içkilərin sağlamlığa mənfi təsirlərinin məlum olduğu bir zamanda cəmiyyətə zərər verə bilər.

Mahmudov çıxışında belə deyib:

“Əziz insanlar, mən arağı sizə heç qıymıram ki, demirəm ki, siz hamınız için. Kim içirsə, təmiz araq içsin. Arağı içirsinizsə, safını, təmizini için. Bu zavodun buraxdığı arağı için. Gedib zir-zibili içməyin. Təmiz araq için. Onda orqanizminiz sağlam, immunitetiniz yüksək olacaq”.

Onun bu fikirləri xüsusilə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Bir çoxları tanınmış  tibb mütəxəssisinin spirtli içkiləri bu şəkildə təşviq etməsini qəbuledilməz hesab edir və bunun ictimai məsuliyyət baxımından yanlış olduğunu bildirirlər.

Həkim daha sonra arağın tərkibi və istehsal texnologiyasından danışaraq  qeyd edib:

“Mən çox sevinirəm ki, Azərbaycanın belə bir istehsalı var. Bütün sexlərində olmuşam. Arağın əsas keyfiyyəti nədən ibarətdir? Spirti təmiz olmalıdır. Bu zavodun buraxdığı arağın spirti Azərbaycanın buğdasından hazırlanmışdır. Özü də bu spirt mayasızdır. Ən yeni texnologiyalar bu zavoddadır. Yəni burada əsas kömürdür. Kömürün əhəmiyyəti fusel yağlarını buradan ayırmaqdır. Burada həm kömür, həm də kvars qumu var. Çox önəmlidir. Onu tər-təmiz edir”.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı spirtli içkilərin sağlamlıq üçün risk daşıdığını, xüsusilə uzunmüddətli istifadənin ciddi fəsadlara səbəb ola biləcəyini dəfələrlə vurğulayıb.

Belə bir şəraitdə tanınmış həkimin bu cür çıxış etməsi peşə etikası və ictimai məsuliyyət məsələlərini də gündəmə gətirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Aprel 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri