Icma.az
close
up
RU
Ayan Afaqla yaşadığı qalmaqaldan danışdı

Ayan Afaqla yaşadığı qalmaqaldan danışdı

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Müğənni Ayan Babakişiyeva aparıcı Afaq Gəncəli ilə yaşadığı qalmaqaldan danışıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Pərvizə görə" verilişində bəhs edib. O, Afaqla küsülü olmaları haqda suallara belə cavab verib:

"Heç kimdən küsməmişəm. Uşaq deyiləm. Zamanında Afaqla münasibətim o qədər gözəl olub ki, onun haqqında pis danışmaq istəmirəm. Amma kimsə həddini aşanda... Sən mənimlə yaxınsan, hər şeyi bilirsən. Efirdən istifadə edib belə sual vermək... Əvvəldən demişdim belə temalar olmasın. Amma açıldısa, cavabını alacaq. Oldu getdi, uğurlar arzulayıram".

Qeyd edək ki, Afaq Xəzər TV-də aparıcılıq edərkən proqramına qonaq olan Ayana "Sən də çıxıb cəsarətlə deyə bilərsən övladının atası kimdir" sualını ünvanlamışdı. Bu isə Ayanın xoşuna gəlməyib və o, "Bütün Azərbaycan bilir övladımın atası kimdir" cavabını verib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://axsam.az
archiveBu xəbər 25 Noyabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri