Elnur Elza İbrahimova ilə yaşadığı qalmaqaldan danışdı
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
"Bəzi sənət dostlarımız var ki, onların mahnısını oxuyanda elə bil söyürsən. Bilmirəm bu, özünə inanmsızlıqdan, yoxsa nədən irəli gəlir".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Söhbət var" verilişində deyib. İfaçı mərhum Xalq artisti Elza İbrahimova ilə yaşadığı mahnı qalmaqalından danışıb:
"Mənə indiyənə qədər travma verən məqam var. Ağacəbrayıl Abasəliyev (Xalq artisti, kamança ifaçısı - red.) məsləhət verdi ki, "Gecələr bulaq başı" mahnısını oxuyum. Yeni aranjimanda oxudum. Zəng gəldi ki, siz niyə mənim mahnımı icazəsiz oxumusunuz və dəyişmisiniz? Dedi ki, Elza İbrahimovadır danışan. Mən onu xalq mahnısı bilib oxumuşam. Könül qırmaq böyük günahdır. İndiyənə qədər də ürəyimdə qalan xaldır. Dedim ki, üzr istəyirəm, hər yerdən sildirəcəyəm. Radiolara, hər yerə zəng vurdum ki, yayımlanmasın. Onun acığına "Helvacı"nı oxudum.
Sonra eşitdim ki, ermənilər albom çıxarıb, 15 mahnı Elza İbrahimovanın bəstəsidir. Pis oldum, dedim zəng vurub deyir niyə oxudun? Acığa dedim ki, hər yerdə mahnı getsin. Necə mən hansısa gənci özümə nifrət etdirim? Mahnımı kim istəyir oxuya bilər, yalnız bəstəkardan icazə alsın".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 25 Fevral 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















