Icma.az
close
up
RU
Ayaq dərisinə qulluq

Ayaq dərisinə qulluq

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Buynuz təbəqənin daha tez inkişaf etməsinə görə ayaqların dərisi də tez quru olur, daban hissədə isə qalınlaşır. Məhz buna görə də ayaqların dərisinə qulluq edilməsi əl və üz dərisinə qulluq edilməsi qədər vacibdir.

Ayaqlara kompleks qulluq edilməsinin ən effektiv və xoşagələn prosedurası - isti vannadır. Təmizləmə prosedurası üçün hər 1 litr suya 1-2 çay qaşığı soda və 1 xörək qaşığı duş geli qarışdırılır və ayaqlar 15-20 dəqiqə ərzində bu suda qalır. Ayaqlara tonuslandırıcı vanna edilməsi üçün bir ovuc dəniz duzunu 3 litr ilıq suda həll etmək lazımdır. Ayaqlarda şişkinlik və yorğunluq olduqda, ot dəmləmələri ilə olan vannalar (çobanyastığı, kalendula, gicitkən, dazıotu çiçəklərinin hər birindən 2 xörək qaşığı 2 litr su ilə dəmlənir), həmçinin kontrast vannaların (növbə ilə ayaqları 5 dəqiqə isti və 5 dəqiqə soyuq suda saxlamaq) qəbul edilməsi xeyirlidir. Vannadan sonra ayaqlara ayaq üçün xüsusi krem vurmaq lazımdır. Krem ayaqlara yalnız aşağıdan yuxarıya doğru olan hərəkətlərlə vurulur. Həftədə 1 dəfədən az olmayaraq dabanlarda olan artıq dərini xüsusi yonucu (“pilka”) və skrabın köməyi ilə təmizləmək lazımdır.

Əgər sizi ayaqların artıq dərəcədə tərləməsi narahat edirsə, bundan xilas olmaq üçün şam ağacının iynəyarpaqları, palıd qabığı, tozağacı, adaçayı və lavanda yarpaqlarından hazırlanan dəmləmələrdən istifadə etməklə ayaq vannaları qəbul etmək olar. Vannaları 10-15 dəqiqə ərzində hər axşam yatmamışdan əvvəl etmək lazımdır. Sonra ayaqları dəsmalla qurutmaq və talk və ya uşaq üçün olan səpmə toz (“prisıpka”) vurmaq lazımdır. Həmçinin evdən çıxmamışdan qabaq ayaqlara və ayaqqabıların içərisinə iyi yox edən və tərləmənin qarşısını alan xüsusi sprey-dezodorant vurmaq məsləhətdir. Ayaqların tərləməsi zamanı mütləq həkim-dermatoloqa müraciət edin.

Yaxşı pedikür ayaqlara qulluğun mühüm hissəsi hesab edilir. Ayaq dırnaqlarını, onların dərinin içərisinə girməsinin qarşısını almaq üçün, dairəvi formada kəsmək olmaz, onları yalnız düz xətt boyunca kəsmək lazımdır. Manikür kimi, pedikür də kəsilən (kutikulanın kəsilməsi ilə) və kəsilməyən olur. Kəsilməyən pedikürdə kutikulanın üzərinə onu əridən xüsusi kosmetik vasitə vurulur. Pedikürün bu üsulu daha təhlükəsizdir. Əgər siz salonda pedikür etdirirsinizsə, alətlərin sterilizasiya olub-olmamasına xüsusi diqqət yetirin ki, qanla keçən qorxulu infeksiyalardan (hepatitlər, QİÇS) qorunmalı olasınız. Bu alətlər hər kliyentdən (!) sonra avtoklav adlanan xüsusi aparatda sterilizasiya olunmalıdır. Amma yaxşısı budur ki, özünüzə ayrıca pedikür üçün lazım olan alətləri alasınız.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri