Icma.az
close
up
RU
Ayaq səslərindən qorxan torpağam Həsən Kürün şeirləri

Ayaq səslərindən qorxan torpağam Həsən Kürün şeirləri

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün şair Həsən Kürün doğum günüdür.

Kulis.az hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam edən şairə şəfa diləyir və şeirlərini təqdim edir.


Gedib qayıtmayanlara ithaf

- Qızım, sənin adın nə?
- Mənim adım Qərənfil.
- Gözünə qurban olum,
darıxırsan elə bil.

- Atamı gözləyirəm.
- Atan hardadır məgər?
- Müharibəyə gedib;
o döyüşür gecələr.

- Nə vaxt gedibdir atan;
gecikdiyi çoxdurmu?
- Çoxdur, əmi can, çoxdur.
- Ananın da atandan
bir xəbəri yoxdurmu?

- Anam indi işdədir.
- Qızım, harda işləyir?
- Anam çox mehribandır,
yarpaqları çox sevir,
səhərdən-axşamacan
onları təmizləyir.

-Yaxşı, mehriban anan
atandan bir söz demir?
- Demir, əmi can, demir,
daha yollara baxmır,
daha onu gözləmir.

Mən dünən çox ağladım
gecə yatmazdan öncə.
Anamın nə etdiyin
izləyirdim gizlicə.

Atamın divardakı
şəklini qucaqlayıb,
belə deyirdi, əmi:
“Mən necə böyüdəcəm
Atasız bu yetimi?”

Xəzan səsi

Gözümün işığı, burda payızdı
Hər kəs yığışıb öz gödəkcəsinə.
Bircə sevincini görəydin onun,
Günəş gülə-gülə sovuşub getdi
Bahar tətilinə gedərcəsinə.

Gözümün işığı, burda payızdı
Burdakı yarpaqlar payıza kölə
Zavallı ağaclar payıza əsir.
Bağçanın sonuncu bənövşələri
Bir saxsı dibçəkçün evə tələsir.

Mən indi payızın çiyinlərində,
Yazın gəlişini gözləyən bağam.
Mən indi səngərdən boylanan əsgər,
Ayaq səslərindən qorxan torpağam.

Dişimi dişimə sıxıb dözürəm
Olur belə şeylər, olur, qadası.
Tək qalan adamlar özündən küsür,
Getməyə bir qucaq yer tapmayanda,
Yıxılır bir küncdə qalır, qadası.

Bəs ora necədi? Havası, suyu
Quşlar çöldə ölür, yoxsa qəfəsdə?
Adamlar necədi? Hər darıxanda
neçəsi söz qoyur sözünün üstə?
Sən necə, nə qədər dəyişilmisən?
Yenə yerə düşən çörək qırığın
Öpüb qoyursanmı gözünün üstə?

Yox, sən dəyişilmə, özünü qoru,
Aldanma küçənin xəzan səsinə.
Kaş ki, illər sonra bir yaz səhəri,
Birgə oyanaydıq azan səsinə.

Bağışla, İlahi

Xoşbəxtlik payladın bütün dünyaya
Üstündə ot bitən daş xoşbəxt oldu.
Ovçunun əlləri əsdi bir anlıq
Göydə qanad çalan quş xoşbəxt oldu.

Hərə bir ağızdan rəhmət oxudu
Bir anlıq ölülər xoşbəxt oldular.
Hər Günəş doğuşun bayram etdilər
Hər səhər dəlilər xoşbəxt oldular.

Xoşbəxtlik payladın bütün dünyaya
Hamı öz vaxtından tez xoşbəxt oldu,
Yağış yerə düşdü, toz xoşbəxt oldu.
Özgə bir insanın bəy masasında,
İlahi, sevdiyim qız xoşbəxt oldu.

Mən bizi qovuşdur deyə yalvarıb
Sənə əl açmışdım aşiq olanda.
Hamı xoşbəxt oldu bu Yer üzündə,
Layiq olmayan da, layiq olan da.
Mən niyə yadından çıxdım görəsən?

Hamı xoşbəxt oldu bu Yer üzündə,
Kəpənək bağçada, arı pətəkdə.
Hətta xoşbəxt oldu bir vaxt kəsilmiş
Yenidən canlanan kiçik kötük də.
Mən niyə yadından çıxdım, görəsən?
Nə günah etmişəm bu böyüklükdə?

Yox, nəsə etmişəm dinc durmamışam
Bəlkə, duz tökmüşəm yara üstünə.
Bəlkə, bilməmişəm bir qaranquşun
Yuvasın yıxmışam bala üstündə.

Bəlkə, göz dikmişəm mən canı yanmış
Dünya sərvətinə, dünya malına.
Bəlkə, "amin" demək yadımdan çıxıb
Yaşlı nənələrin dualarına.

Qurbanın olaram, keç günahımdan.
Bağışla, İlahi, bilim ki, varam.
Bağışlasan, elə sən bağışlarsan
Mən olsam, özümü bağışlamaram.


Daşdan adamlar

Ağac qocalanda başını əyir,
Torpağa təşəkkür etməkdən ötrü.
Neçə budağını qurban verərdi,
Neçə meyvəsini yerə salardı,
Haçansa yenidən bitməkdən ötrü.

Qocaldı yanında olan adamlar,
Birinin gözünün ağı qocaldı,
Birinin ağzında dili qocaldı,
Birinin getdiyi qatar dönmədi
Birinin əlində gülü qocaldı.

Dünya qarasına, ağına baxmır,
Qocaldı, əzizim, hamı qocaldı.
Biri yağış üçün dua edəndə,
Birinin evinin damı qocaldı.

Sən də qocalmısan vaxtsız, vədəsiz,
Hardan gəlib keçdi bu ömür bu gün.
Yəqin ki, bir xeyli peşman olmusan,
Bu qoca dünyaya gəldiyin üçün.

Səni qocaldıbdır, bu daş binalar,
Əyibdi qəddini dikəltdiklərin.
Ovcunun içində qəbər yaratdı,
Alnından süzülüb düşəndə tərin.

Bəlkə, heç bu sənin bəxtin deyilmiş,
Bəlkə, qismətini özgəsi yedi.
Hətta asılqandan təzə adıyla,
Asdığın köynək də toz içindədi.

Utanma, ey qoca, daşdan utanma!
Utansın suyu şor olan dənizlər,
Utansın Günəşi gizlədən dağlar.
Öləndə hamını daşa tapşırıb,
Hamının başına daş salacaqlar.

Sarı tikan

Atdığım addım da soyudu məndən,
Etdiyim dualar üzümə durdu.
Sən çıxıb gedəndən gecə yatmaq da,
Səhər oyanmaq da gözümə durdu.

Tutdu zalımlığı çərxifələyin
İnsan təravəti qalmadı məndə.
Gül də itirərmiş gözəlliyini
Yanında sarı bir tikan bitəndə.

Özünə yaxşı bax, məni düşünmə,
Qayıtma, çürüsəm, ölsəm qayıtma.
Qayıtma, uzaqdan səni səsləsəm,
Durub ayağına gəlsəm, qayıtma.

Düşünmə, əzizim, düşünmə məni,
Bilmə ki, kimləyəm, nəyəm, nəçiyəm.
Sən indi yağışsan, göyün üzündə,
Mən sənə susamış bir gölməçəyəm.

Hələ ölməmişəm, ayaq üstəyəm
Unut, nə qədər ki, gec deyil, unut.
Şəklimi cıranda gözünü bağla,
Adımı çəkəndə qulağını tut.

Qoru özünü bu ac camaatdan,
İkisi mərddirsə, biri namərddir.
Mənisə qınama, qurbanın olum.
Səni sevməməyin günahı çoxdur,
Səni sevməməyin özü bir dərddir.

Sonra evə qayıtdım

İki gitarist oğlan
Bildiyi mahnıları
Hey ucadan oxuyur.
Onların gözlərində
İndi hamı xəsisdi.
Gitara sandığına
Mən də heç nə atmıram
Birinin səsi pisdi...

Balıqçı gəmisi də
Tək qoydu ləpələri
Gün qaralar-qaralmaz
Yanımdakı tabloda
Bu sözlər yazılmışdı:
“İntihar etmək üçün
dənizə girmək olmaz”

Orda uşaq var idi
Hörüklü qız uşağı
Yaşı doqquz-on olar.
Dənizə yalvarırdı:
“Atama de, qayıtsın
ona ehtiyacım var”

Ondan utandım, Allah
O balaca uşaqdan.
Gözündəki həsrətdən
Ürəyindəki dağdan.

O uşağın dilindən
Elə sözlər eşitdim.
Hamımızın yerinə
Dənizə nifrət etdim.

Sonra evə qayıtdım
Keçdiyim məhəllədə
Bir mənzərə var idi
Yadımdadır hələ də.

Dörd mərtəbəli bina
“Antena”lı köhnə dam
Üstünə bir quş qonub
Birdə yarımcan adam.

Özünü tullamağa
Biraz gücü çatmırdı
Bir az də cəsarəti.
Bir yığın bikar adam
Doldurmuşdu həyəti.

Mən elə qorxurdum ki,
Birdən cəsarət tapıb
Özünü atar indi.
Bir neçə gənc jurnalist
Yeni xəbər var deyə
Gizlicə sevinirdi.

Sonra bir qadın gəldi
Əllərini qaldırıb
Xeyli göz yaşı tökdü.
Dedi: “gəl gedək evə,
Allah özü böyükdü!”

Allah, onu bağışla
Yoldaşının gözündən
Axan yaşa bağışla.
Al onun dərdin, qəmin
Dağa, daşa bağışla.

Bağışla sahildəki
Səndən acığı gələn
Saçı hörgülü qızı.
Nə qədər ölməmişik
Bağışla hamımızı...

Xalq artisti xanımı ilə Ümrə ziyarətində “Qremmi” mükafatı laureatı dünyasını dəyişdi Bakıda “Vyana Xeyriyyə Balı” keçiriləcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Mart 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see144

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see137

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri