Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Görsən darıxırsan, şəkillərə bax” Həsən Kürün şeirləri

“Görsən darıxırsan, şəkillərə bax” Həsən Kürün şeirləri

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 44 günlük Vətən müharibəsinin iştirakçısı, gənc şair Həsən Kür (Zeynallı) vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya onun yaxınları məlumat veriblər.

Bir neçə saat əvvəl halı pisləşən Həsən Kürü Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, o, beyin qanaması nəticəsində xəstəxanada vəfat edib.

AZXEBER.COM mərhum şairin vətənpərvərlik mövzusunda yazdığı şeirləri təqdim edir: 

CƏBHƏDƏN MƏKTUB

Sən mənə şərfini göndərmə daha,

Səngər beşik kimi istidir, qızım.

Vətən sənin kimi suyuşirindi,

Hamını özünə istədir, qızım.

Görsən darıxırsan, şəkillərə bax,

Körpə əllərini boynuma dola.

Boylan pəncərədən getdiyim yola,

Bu məni görməyə bəs edir, qızım.

Mən burda yaxşıyam, sən də yaxşı ol,

Bilim ki, sənin də günün şən keçir.

İnan, göndərdiyin bütün dualar

Gəlir başımızın üstündən keçir,

Allah başımızın üstədir, qızım.

Allah üstümüzdən çəkməsə əlin,

Birgə yandırarıq zəfər məşəlin.

Hamının qorxduğu zalım əcəlin

Boyu boyumuzdan bəstədir, qızım.

Əgər günün biri, geri dönməsəm,

Eşidə bilməsən atanın səsin,

Qorxma, ürəyinə qorxu düşməsin,

Atan ölməyibdi, xəstədi, qızım.

"QƏRƏNFİL”

– Qızım, sənin adın nə?

– Mənim adım Qərənfil.

– Gözünə qurban olum,

darıxırsan elə bil.

– Atamı gözləyirəm.

– Atan hardadır məgər?

– Müharibəyə gedib;

o döyüşür gecələr.

– Nə vaxt gedibdir atan;

gecikdiyi çoxdurmu?

– Çoxdur, əmican, çoxdur.

– Ananın da atandan 

bir xəbəri yoxdurmu?..

– Anam indi işdədir.

– Qızım, harda işləyir?

– Anam çox mehribandır,

yarpaqları çox sevir,

səhərdən-axşamacan

onları təmizləyir.

– Yaxşı, mehriban anan

atandan bir söz demir?

– Demir, əmican, demir,

daha yollara baxmır,

daha onu gözləmir.

Mən dünən çox ağladım

gecə yatmazdan öncə.

Anamın nə etdiyin

izləyirdim gizlicə.

Atamın divardakı

şəklini qucaqlayıb,

belə deyirdi, əmi:

"Mən necə böyüdəcəm

Atasız bu yetimi”.

***

Yıxmağa çox çalışdılar

Deyə-deyəaş! Kəsdilər...

Qurumamışdı qabığım,

Budağımı yaş kəsdilər.

Baxın! Yaxşı-yaxşı baxın!

Mən külüyəm bir ocağın.

Didib ürəyimin dağın

Qəbrim üçün daş kəsdilər.

Ölüm e, bir söz demirəm,

Torpağı insanlar bəslər.

Yadındadı sentyabr?

Bitdi bütün atəşkəslər,

Mənim yol çıxdığım kəslər

Dava edib, baş kəsdilər.

"Yaxşı xatırlayın, uşaqlar, məni”.

Harda azdıracaq bu yol, görəsən?

Hara aparır bu ayaqlar məni.

Anacan, dua et, əgər etməsən,

Qovar Allahacan günahlar məni.

Mən ölsəm, bəxtimin bəxti açılar,

Dilimin altında necə söz ölər.

Birdən mən qalaram, anam tez ölər,

Tanımaz güzgülər, daraqlar məni.

Yox, ana, sən ölmə, sən əbədi qal,

Ver öz kəfənini sərim yerimə.

Arada nəfəs al mənim yerimə,

Bilməsin ölmüşəm budaqlar məni.

Ay Allahsız fələk, əlin qırılsın,

Çəkmə o kədərin yaxşı yerindən,

Payın artıq olsun, yemirəm, toxam.

Mən bu gün varamsa, sabah da yoxam,

Yaxşı xatırlayın, uşaqlar, məni.

BAĞIŞLA, İLAHİ...

Xoşbəxtlik payladın bütün dünyaya,

Üstündə ot bitən daş xoşbəxt oldu.

Ovçunun əlləri əsdi bir anlıq,

Göydə qanad çalan quş xoşbəxt oldu.

Hərə bir ağızdan rəhmət oxudu,

Bir anlıq ölülər xoşbəxt oldular.

Hər günəş doğuşun bayram etdilər,

Hər səhər dəlilər xoşbəxt oldular.

Xoşbəxtlik payladın bütün dünyaya,

Hamı öz vaxtından tez xoşbəxt oldu.

Yağış yerə düşdü, toz xoşbəxt oldu,

Özgə bir insanın bəy masasında,

İlahi, sevdiyim qız xoşbəxt oldu.

‌

‌Mən,bizi qovuşdur deyə yalvarıb

Sənə əl açmışdım aşiq olanda.

Hamı xoşbəxt oldu bu yer üzündə,

Layiq olmayan da,layiq olan da.

Mən niyə yadından çıxdım, görəsən?

Hamı xoşbəxt oldu bu yer üzündə,

Kəpənək bağçada,arı pətəkdə,

Hətta xoşbəxt oldu bir vaxt kəsilmiş

Yenidən canlanan kiçik kötük də.

Mən niyə yadından çıxdım, görəsən,

Nə günah etmişəm bu böyüklükdə?

Yox, nəsə etmişəm, dinc durmamışam

Bəlkə, duz tökmüşəm yara üstünə,

Bəlkə, bilməmişəm bir qaranquşun

Yuvasın yıxmışam bala üstündə?..

Bəlkə, göz dikmişəm mən canı yanmış

Dünya sərvətinə dünya malına.

Bəlkə, amin demək yadımdan çıxıb

Yaşlı nənələrin dualarına.

Qurbanın olaram,keç günahımdan.

Bağışla, İlahi, bilim ki, varam.

Bağışlasan da, sən bağışlayarsan

Mən olsam, özümü bağışlamaram.

***

Topxana meşəsində

Döyüşə hazırlaşır 

bizim xüsusi bölmə…

Komandir yaxınlaşıb

deyir qulağımıza:

– Ölmə, ölmə, ölmə!

Dostumdan soruşuram:

– Neçə nəfər qalmışıq?

Deyir, dəqiq bilmirəm,

Amma ki ... azalmışıq.

Leytenant Abdullayev 

barmağıyla göstərir:

– Bura Daşaltı kəndi,

o qaya Cıdır Düzü

ora "Laçın dəhlizi”

sağ tərəfi Xankəndi.

Xocalıya çatmamış

Sözü yarımçıq qalır,

Bitir Vətən sərgisi.

Yanımızda partlayır 

Minaatan mərmisi.

Başımı qaldırmamış

Qışqırıram:

"Sağsınız?”

Komandir cavab verir:

– Ölməyin, qurban olum,

birazdan siz Şuşaya

daxil olacaqsınız...

Bir az ara soyuyur,

sonra başa düşürəm.

Komandirin səsini

təkcə mən eşidirəm...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 İyul 2025 01:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri