Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Uzun müddət islanmış ayaqqabının geyinilməsi sağlamlıq üçün ciddi nəticələrə səbəb ola bilər və ayaqlardan xoşagəlməz qoxu yarada bilər.
Ölkə.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə həkim Aygül İsrafilova danışıb.
“Ayaqların nəm mühitdə qalması göbələk infeksiyalarının, məsələn, ayaq göbələyinin (mikoz) inkişafı üçün ideal şərait yaradır. Bu infeksiyalar qaşınma, qızartı, dərinin qabıq verməsi və xoşagəlməz qoxu ilə müşayiət oluna bilər”, – deyə həkim izah edib.
Bundan əlavə, islanmış ayaqqabıda uzun müddət gəzmək ayaqların soyumasına gətirib çıxarır, nəticədə yerli immunitet zəifləyir və orqanizm soyuqdəymə xəstəliklərinə və yuxarı tənəffüs yolları infeksiyalarına daha həssas olur. Onun sözlərinə görə, soyuqlama həmçinin artrit, artroz, revmatizm kimi xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər, çünki soyuq və rütubət oynaqlarda iltihabi prosesləri gücləndirir.
Bundan başqa, yaş ayaqqabı dabanlarda qabar və sürtünmələrin yaranmasına səbəb ola bilər.
“Nəm dəriyi yumşaldır və sürtünməyə qarşı daha həssas edir. Qabar və sürtünmələr sadəcə ağrılı deyil, həm də infeksiyaların giriş qapısı ola bilər”, – deyə həkim xəbərdarlıq edib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 Sentyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















