Ayaqlarda qaşınma hansı xəstəliklərin əlamətidir?
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Ayaqlarda qaşınma yaranarsa, ilk növbədə qaraciyər və böyrəklərin vəziyyətini yoxlamaq lazımdır.
Ayaq nahiyəsində qaşınma sadəcə narahatlıq deyil, orqanizmdə ciddi xəstəliklərin mövcudluğundan xəbər verən əlamət də ola bilər. Bu simptom qaraciyər və böyrək problemləri ilə əlaqəli ola, həmçinin şəkərli diabetin göstəricisi kimi ortaya çıxa bilər. Qaşınma uzun müddət davam edərsə və ya digər narahatedici əlamətlərlə müşayiət olunarsa, həkimə müraciəti təxirə salmaq olmaz.
Bu barədə Healthline nəşri məlumat yayıb.
Qaraciyər problemləri
Qaraciyər xəstəlikləri müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər. Bu xəstəliklərin mümkün əlamətlərindən biri də qaşınmadır. Qaşınma daha çox ayaq pəncələrində, ovuclarda, ayaqlarda və qollarda hiss edilə bilər.
Belə hallarda dəridə səpkilər, adətən, müşahidə olunmur. Lakin dərini tez-tez qaşımaq onun zədələnməsinə səbəb ola bilər.
Qaraciyər problemlərinin digər əlamətləri bunlardır:
-Xroniki yorğunluq və halsızlıq;
-İştahanın azalması və çəki itkisi;
-Cinsi istəyin azalması;
-Dərinin və gözlərin ağlarının saralması.
Bu əlamətlərdən bir neçəsinin eyni vaxtda müşahidə edilməsi həkim müayinəsinə ehtiyac olduğunu göstərə bilər.
Şəkərli diabet
Ayaq pəncələrində, baldır nahiyəsində və topuqlarda qaşınma şəkərli diabet zamanı tez-tez rast gəlinən əlamətlərdəndir. Qanda şəkərin səviyyəsinin uzun müddət yüksək qalması dərinin qurumasına və qıcıqlanmasına səbəb ola bilər. Bəzi hallarda qaşınma diabetin yaratdığı ağırlaşmalarla, o cümlədən sinir zədələnməsi və böyrək problemləri ilə əlaqəli olur.
Şəkərli diabetin digər xarakterik əlamətləri:
-Daimi susuzluq hissi;
-Tez-tez sidiyə getmə, xüsusilə gecələr;
-Xroniki yorğunluq;
-Səbəbsiz və sürətli çəki itkisi, əzələ kütləsinin azalması;
-Görmənin pisləşməsi.
Bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə edilərsə, qanda şəkərin səviyyəsini yoxlatmaq və həkimlə məsləhətləşmək vacibdir.
Böyrək xəstəlikləri
Böyrək xəstəlikləri olan insanların təxminən yarısında dəri qaşınması müşahidə edilir. Böyrək çatışmazlığı olan xəstələrdə isə bu əlamət daha geniş yayılıb. Qaşınmanın səbəbləri arasında dərinin quruması, orqanizmdə mineral balansının pozulması və qanda kalsium səviyyəsinin artması ola bilər.
Böyrək problemlərinin digər əlamətləri bunlardır:
-Çəki itkisi və iştahanın azalması;
-Ayaqlarda, qollarda və topuqlarda şişkinlik;
-Təngnəfəslik;
-Xroniki yorğunluq;
-Sidikdə qan izlərinin olması;
-Yuxusuzluq və tez-tez baş ağrıları;
-Əzələlərdə qıcolmalar.
Ayaqlarda qaşınma nə zaman təhlükəlidir?
Ayaqlarda qaşınma hər zaman ciddi xəstəlik demək deyil. Dərinin quruması, allergik reaksiyalar, göbələk infeksiyaları və bəzi dəri xəstəlikləri də bu problemə səbəb ola bilər.
Lakin qaşınma uzun müddət davam edirsə, səbəbi bilinmirsə və ya şişkinlik, sarılıq, həddindən artıq susuzluq, sidikdə dəyişikliklər kimi əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.
Vaxtında müayinə problemin səbəbini müəyyənləşdirməyə və mümkün ağırlaşmaların qarşısını almağa kömək edir. Özbaşına diaqnoz qoymaq və yalnız qaşınmanı aradan qaldıran vasitələrlə kifayətlənmək düzgün deyil.
Sunay Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 08 Oktyabr 2026 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















